Məhkəmə qərarları › İş №2(060)-6567/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6567/2021

29.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6567/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, 03.04.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 29 iyul 2021-ci il tarixə təyin etmişdir. Ərizəçi məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar