Məhkəmə qərarları › İş №2(060)-6578/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6578/2020

04.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6578/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçı Babayeva (Məmmədova) Məhbubə Rasim qızının cavabdehlər Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə əsasında məhkəmə tərəfindən payların bölünməsi nəticəsində açıq saxlanılmış 2/3 pay hissəsinin ona verilməsi tələbinə” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Babayeva (Məmmədova) Məhbubə Rasim qızı cavabdehlər Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə əsasında məhkəmə tərəfindən payların bölünməsi nəticəsində açıq saxlanılmış 2/3 pay hissəsinin ona verilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı Babayeva (Məmmədova) Məhbubə Rasim qızı vəsiyyətnamə əsasında məhkəmə tərəfindən payların bölünməsi nəticəsində açıq saxlanılmış 2/3 pay hissəsinin ona verilməsi barədə Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontoruna müraciət etməsi barədə iddia ərizəsinə müvafiq sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa iddiaçı Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontorunu iddia ərizəsində cavabdeh qismində göstərsə də, cavabdehin poçt ünvanını tam göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Belə olan halda, məhkəmə, hesab edir ki, hazırki vəziyyət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinin tələb etdiyi qaydada cavabdehə iddia ərizəsinin, məhkəmə bildirişinin və s. rəsmi məhkəmə sənədlərinin sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasını mümkünsüz edir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin iddiaçı Babayeva (Məmmədova) Məhbubə Rasim qızı vəsiyyətnamə əsasında məhkəmə tərəfindən payların bölünməsi nəticəsində açıq saxlanılmış 2/3 pay hissəsinin ona verilməsini xahiş etsə də, məhz hansı miras əmlakdakı açıq saxlanılmış payın ona verilməsini iddia tələbində dəqiq göstərməmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4661/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsa da, iddiaçı qərardadda qeyd olunan nöqsanları aradan qaldırmadan iddia ərizəsini yenidən eyni qaydada məhkəməyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Babayeva (Məmmədova) Məhbubə Rasim qızının cavabdehlər Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə əsasında məhkəmə tərəfindən payların bölünməsi nəticəsində açıq saxlanılmış 2/3 pay hissəsinin ona verilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar