Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6584/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 24 avqust 2002-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X2 anasıdır. Qızı 24 avqust 2002-ci il tarixdə anadan olmuşdur. Qızı, X6 anadan olduğu vaxtdan həkim müayinələrində olmuş və səhhətində heç bir dəyişiklik müşahidə olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlardan da göründüyü kimi qızı X6 ikinci dərəcəli əlildir. Həmçinin qızına G80.8 Serebral iflicin digər növü, Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri diaqnozu qoyulmuş, hazırda mütəmadi olaraq həkim nəzarəti altındadır. Qızının yerimək qabiliyyətinində pis olması ilə yanaşı, əqli-psixi inkişafı da demək olar ki, yox dərəcəsindədir, nitqi inkişaf etməmişdir, yuxu pozğunluğu hər gün müşahidə olunur. Hazırda qızı, X2 ana qayğısına böyük ehtiyacı var. Bu səbəbdən məhkəməyə müraciət edərək qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və özünün ona qəyyum təyin edilməyimi istəyir Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. Bildirdi ki, qızı X6 24 avqust 2002-ci il tarixdə anadan olmuş, anadan olduğu vaxtdan həkim müayinələrində olmuş və indiyə qədər səhhətində heç bir dəyişiklik müşahidə olunmamışdır. Bildirdi ki, qızı Zeynalova Aydan ikinci dərəcə əlildir, ona uşaq serebral iflicinin davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur, hazırda mütəmadi həkim nəzarəti altındadır. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə bildirdi ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bununla bağlı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi mövcuddur və ərizənin təmin edilməsinə etiraz etmədiyini qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X2 atası X5, anası Ərizəçidır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi oğlu arasında xx.xx.2004-cü il tarixli, 527 saylı nikah qeydi vardır. - Sumqayıt Reabilitasiya Mərkəzi PHŞ Reabilitasiya Kartasından çıxarışdan görünür ki, X1 iflicin digər növü, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 3022 saylı rəydən görünür ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il təvəllüdlü X6 ərizəçinin qızıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3022 saylı rəyinə əsasən, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Ərizəçi ərizəni müdafiə edir, maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6584/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6584/2022
23.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver