Məhkəmə qərarları › İş №2(060)-6587/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6587/2022

21.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6587/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 21 noyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 545.16 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanmda yerləşən mənzil xx.xx.2022-ci il tarixdən onun mülkiyyətindədir. Ona məxsus mənzilə "xxxx" ASC-nin fəaliyyəti dövründə “ETAİS” proqram təminatından “Oracle” proqram təminatına keçirilmə zamanı 545.16 manat borc yazılmışdır. Həmin borc xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borc qrafasına keçirilmişdir. Borcun silinməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialına ərizə ilə müraciət etmişdir. Müraciətə baxılaraq 30 avqust 2022-ci il tarixli AERA-21- 1594/22 saylı cavab məktubunda məhkəməyə müraciət etmək hüququnun olunduğu tövsiyyə olunmuşdur. Həmin borc əsassız olaraq hesablanmışdır. Ona görə də hesab edir ki, həmin borc silinməlidir. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 "xxxx" ASC-nin fəaliyyəti dövründə istifadə olunmuş “ETAİS” proqram təminatından “ORACLE” proqram təminatına keçirilmiş 545,16 mnat borc məbləği xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına keçirilmişdir. Nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasinin Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 30 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “Fərdi yaşayış eviniz "xxxx" ASC-nin elektron məlumat bazasında **********05195 abunə kodu ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin fəaliyyəti dövründə istifadə olunan elektrik enerjisinin dəyəri müntəzəm ödənilmiş, "xxxx" ASC-nin fəaliyyəti dövründə istifadə olunmuş “ETAİS” proqram təminatından “ORACLE” proqram təminatına keçirilmiş 545,16 mnat borc məbləği xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına keçirilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1.-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bununla əlaqədar olaraq "xxxx" ASC-nin fəaliyyəti dövründə yaranmış borcun hesabınızdan silinməsi ilə bağlı enerji təchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnuz vardır”. İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, ünvan 2 ünvanına quraşdırılmış sayğaca əsasən 545.16 manat borc ETAİS-dən gələn xx.xx.2015-ci il tarixə yaranmış borcdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 3 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə qədər hesablanmış 545.16 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 4 İddiaçı istifadəsindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2007ci il tarixdə həyata keçirilmişdır. İddiaçının 545.16 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 545.16 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanına (abunə kodu: **********05195) elektirik enerjisindən istifadəyə görə hesablanmış 545,16 (beş yüz qırx beş manat on altı qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar