Məhkəmə qərarları › İş №2(060)-659/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-659/2024

27.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-659/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxsr Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı-20 avqust 1984-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1983-cü il tarixdə dogulmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında faktiki olaraq yaşayır. Bacısı - X6 20 avqust 1984-cü il tarixdə Sumqayıt şəhərində dogulmuşdur. ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla faktiki onunla birlikdə yaşayır. İkinci dərəcəli əlildir. Doğuş travmasının nəticəsində əmələ gələn oliqofreniyanın imbesillik dərəcəsi, nitq qüsuru diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Əlillik müddətsiz təyin edilmişdir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Qeyd edir ki, bacısı heç vaxt ailə həyatı qurmamış, anası və onunla birlikdə yaşayır. Anası da yataq xəstəsidir, hər ikisinə o, qulluq edir. Hazırda bacısı Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri dispanserində müalicə alır. Buna səbəb isə 2 həftəyə yaxın müddətdir ki, dərmanlarını qəbul etməməsi və digər hərəkətləri olmuşdur. Qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsində mane olur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ekspert rəyini nəzərə alaraq M.Baxışovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan 225163 saylı “Vəsiqə”nin surətindən görünür ki, X4 uşaqlıqdan 2 (ikinci) qrup əlildir. İşdə olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müyainəyə dair məlumatın verilməsi” barədə arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 “Doğuş travmasının nəticəsində əmələ gələn oliqofreniyanın imbesillik dərəcəsi, niqt qüsuru ilə” diaqnozu qoyulmuş və ikinci qrup müddətsiz əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Ərizəçi və xx.xx.1984-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnamələrinin ata qrafalarında-X8, ana qrafalarında-X5 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 120 saylı rəyindən müəyyən edilir ki, X2 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları” aşkar olunur. X6 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil, öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 120 saylı rəyini nəzərə alaraq, məhkəmə 20 avqust 1984-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20 avqust 1984-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar