Məhkəmə qərarları › İş №2(060)-6609/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6609/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6609/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci ildə ürək infarktından ölümü ilə bağlı Türkiyənin Balıkesir, Susurluk Qeydiyyat şöbəsi tərəfindən X6 adına verilmiş xx.xx.2022-ci il tarixli (kimlik nömrəsi **********0) ölüm haqqında şəhadətnamənin anası -X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası xx.xx.1949-cu il təvəllüdlü Maliyeva (qızlıq soyadı İbrahimova) X14 rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşıdır. Sonradan anası işləmək üçün Türkiyəyə getmiş və orada Akbıyık Hüseyin adlı şəxslə nikaha daxil olmaqla ailə qurmuş «Akbıyık» soyadını qəbul etmişdir. Lakin onun Türkiyədə olan sənədlərində adı «Səmayə» deyil «Saniye» kimi qeyd olunmuşdur. Anası Türkiyədə yaşadığı vaxt qəfil keçirdiyi ürək tutmasından (infarktından) xx.xx.2022-ci ildə ölmüş və onun nəşi dəfn edilmək üçün Azərbaycana gətirilmiş, Sumqayıt şəhər Corat Qəbirstanlığında dəfn edilmişdir. Anasının ölümü ilə bağlı ölüm hadisəsinin baş verdiyi X2 Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2022-ci ildə ölüm haqqmda şəhadətnamə verilmiş və həmin şəhadətnamədə ərizəçinin anasının adı «Səmayə» deyil, «Saniye» kimi qeyd olunmuş və digər məlumatlar isə (ata adı-Sabir,ana adı Dünya,doğum yeri və tarixi) düzgün qeyd edilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsində onun adının düzgün qeyd edilməməsi anasının ölüm qeydinin Maraqlı şəxsndə akt qeydləri kitabına daxil edilməsində və bir sıra sosial hüquqların həyata keçirilməsində çətinliklər yaratmışdır. Bu səbəbdən də anasının ölümü ilə bağlı Türkiyənin Balıkesir, Susurluk Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (kimlik nömrəsi **********0) ölüm haqqında sənədin anasına -X7 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət vardır. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - X3 qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm belgesindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixində Balıkesir, Susurluk, Mərkəz/Asmalıdərə məhəlləsində ölmüşdür. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi atası X9, anası X8r. - ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, şəkildə təsvir edilən məzar ərizəçinin anası X7 məxsusdur (ərizəçinin deməsindən). - Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş 89 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X11 xx.xx.2022-ci ildə ölmüş və Corat Qəbiristanlığında dəfn edilmişdir. - Doğum aktı qeydindən görünür ki, İbrahimova Samayyə xx.xx.1949-cu il tarixdə döğulmuşdur. - evlənmə akt qeydindən görünür ki, X1 Yadulla Qdrət oğlu ilə xx.xx.1967-ci il tarixdə nikaha daxil olmuşlar Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin anası Maliyeva (İbrahimova) Səmayə Sabir qızı xx.xx.1949-cu il tarixində Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Türkiyə Respublikasına getmiş, orada Türkiyə vətəndaşı ilə qanuni nikaha daxil olaraq Akbıyık soyadını qəbul etmişdir. Türkiyə Respublikasında olarkən onun sənədlərində adı “Səmayə” deyil “Saniyə” kimi qeyd edilmişdir. Bundan sonra anası xx.xx.2022-ci il tarixində Türkiyə Respublikasında ölmüşdür. Sənədlərdə ölən şəxsin “Saniye” kimi qeyd edilməsi ərizəçiyə bir sıra çətinliklər ayardır. Belə ki, anasının adının düzgün qeyd edilməməsi ölüm qeydinin Maraqlı şəxsndə akt qeydləri kitabına daxil edilə bilmir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Türkiyə Respublikası Balıkesir Susurluk Qeydiyyat Şöbəsi tərəfindən X6 adına verilmiş xx.xx.2022-ci il tarixli (kimlik №**********0) ölüm haqqında şəhadətnamədə qeyd edilən X13 ilə X5 eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Türkiyə Respublikası Balıkesir Susurluk Qeydiyyat Şöbəsi tərəfindən X6 adına verilmiş xx.xx.2022-ci il tarixli (kimlik №**********0) ölüm haqqında şəhadətnamədə qeyd edilən X13 ilə X5 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar