Məhkəmə qərarları › İş №2(060)-6610/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6610/2024

27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6610/2024 27.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi (maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 2 saylı Sumqayıt Ərazi İdarəsi və Maraqlı şəxs1) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi : Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 29, mənzil 63 saylı mənzilinin onun mərhum həyat yoldaşı X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.5-ci maddələrinin tələblərinə əməl olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi tərəfindən ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmiş, lakin rüsum Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Ərizəyə əlavə edilmiş rüsumdan istifadə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu ödənilməmişdir. Bundan əlavə yuxarıda qeyd olunan qərardadla ərizənin icraata qəbul edilməsindən imtina olunmasına baxmayaraq, yenidən oxşar məzmunlu ərizə yazmaqla məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, qanunvericilikdə mənzilin ərizənin xahiş edirəm hissəsində qeyd olunduğu kimi vəfat edən şəxsə məxsus olması faktı kimi bir anlayış yoxdur. “Sənədin həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi ilə bağlı (inzibati orqanın imtinası əlavə edilməklə) məhkəməyə qanunvericiliyin tələbinə uyğun iddia qaldırmaq hüququ vardır. Hazırkı iş üzrə məhkəmə qanunvericiliyin aşağıdakı normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən iddia əizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə (307.2.5-ci maddəsi) şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 152.1.1-ci və 152.1.5-ci maddələrinin tələbləri pozulduğundan ərizə geri qaytarılmalı, Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 2 saylı Sumqayıt Ərazi İdarəsi və Maraqlı şəxs1) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar