Məhkəmə qərarları › İş №2(060)-6611/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6611/2022

29.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6611/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Ərizəçi maraqlı şəxs AR DİN-nin A.Heydərov adına Hospitalına qarşı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs AR DİN-nin A.Heydərov adına Hospitalına qarşı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, AR DİN-nin A.Heydərov adına hospitalının həkimləri tərəfindən yanlışlıqla epikrizində ata adı “Kamil”in əslində “Xəlil” olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi hüquqi əhəmiyyətli fakt olaraq eyni şəxs olması faktının müəyyən edilməsi barədə ərizəsində məhkəməyə müraciət etməmişdən əvvəl maraqlı şəxs AR DİN-nin A.Heydərov adına Hospitalına müraciət etməsini ərizəsində qeyd etməmiş, həmçinin maraqlı şəxs ərizəsində qeyd olunan halların aradan qaldırılmasından imtina etməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbi baxımından sənəddə göstərilən adın və ya soyadın eyni şəxsə məxsus olması faktınının hazırki halda hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. «Hərbi xidmətkecmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə 03 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət kecən hərbi qulluqçulara – qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanuni ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət kecən mütəxəssislər – əsgərlər, matroslar və çavuşlar aiddirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»-nın 4 №-li qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədlərin ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi tərəfindən verilən şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericiliyin qeyd olunan normalarına uyğun deyil. Göstərilənlərə əsasən, ərizənin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxılmasını mümkünsüz olmaqla, verilmiş ərizənin icraata qəbul edilməsindən imtina barədə qərardad qəbul edilməli, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl maraqlı şəxsə müraciət etməsi, onun qərarından narazı qaldığı təqdirdə inzibati qaydada mübahisələndirmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi maraqlı şəxs AR DİN-nin A.Heydərov adına Hospitalına qarşı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar