Məhkəmə qərarları › İş №2(060)-6649/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6649/2022

27.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6649/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən, ev 7/12, mənzil 27-də içməli suya və kanalizasiya xidmətlərinə görə hesablanmış 571,33 manat borcun iddia müddətinin tətbiq edilməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 30cu məhəllə ünvanında yerləşən, 7/12, mənzil 27 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına xx.xx.2021-ci ildə verilmiş Çıxarış təsdiq edir. Mülkiyyətçisi olduğu mənzildə Qubadlı rayonundan məcburi köçkün kimi Həsənova Məleykə Əhməd qızı 2005ci ildən vəfat edən tarixə yəni, xx.xx.2018-ci ilə kimi yaşamışdır. Cavabdeh tərəfindən tərtib edilmiş abonent kartında 571,33 manat içməli suya və kanalizasiya xidmətlərinə görə borc göstərilmişdir. O, borc məbləği ilə razılaşmır. O, 2021-ci ilin dekabr ayında 5 kub (3 manat 50 qəpik içməli su+ 1 manat 50 qəpik çirkab su=5 manat), 2022-ci ilin yanvar ayında o, eyni qaydada 5 kub su işlətmişdir. xx.xx.2022-ci ilə qədər o, cəmi dəyəri 183 manat 42 qəpik dəyərində ( 128,39 manat dəyərində içməli su + 55,03 manat dəyərində çirkab su) 258 kub metr su və kanalizasiya xidmətindən istifadə etmişdir. Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş abonent kartında içməli sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yekun borcu 571,33 manat göstərilmişdir. Bir daha bildirir ki, həmin borc xx.xx.2018-ci ilə qədər olan dövrə aiddir. Cavabdehin iddia etdiyi borcun tələb etmə müddəti bitmişdir və ona aidiyyatı yoxdur. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 30-cu məhəllə ünvanında yerləşən, ev 7/12, mənzil 27-də içməli suya və kanalizasiya xidmətlərinə görə hesablanmış 571,33 manat borcun iddia müddətinin tətbiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev7/12, mənzil 27-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” idarəsinin abonent bazasında abonent kimi xx.xx.2002-ci il tarixdən Həsənova Məleykə Əhməd qızının adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda xx.xx.2022-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 571 (beş yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda hesabat 2016-cı il tarixədək 1 (bir) nəfər məcburi köçkün kimi normativ qaydada aparılmışdır. Abonentin 2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illər üzrə qeyd edilmişdir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, sözü gedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı əsassız olaraq hesablanmış 571,33 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 27 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “Abonent kartından” görünür ki, Məleykə Həsənovanın istifadəsində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7\12, mənzil 27-yə 2016-2022-ci il üzrə 571,33 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Həsənova Məleykə Əhməd qızı Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 27-də 2005-ci ildən vəfat edən günə kimi xx.xx.2018-ci il tarixə kimi məcburi köçkün kimi məskunlaşmışdır. İş materiallarında olan AZ-İ N-926234 saylı, xx.xx.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Həsənova Məleykə Əhməd qızı xx.xx.2018-ci il tarixdə ölmüşdür. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Cavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, işdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Həsənova Məleykə Əhməd qızı Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 27-də 2005-ci ildən vəfat edən günə kimi xx.xx.2018-ci il tarixə kimi məcburi köçkün kimi məskunlaşmışdır. Su idarəsi məhz həmin şəxslə müqavilə bağlamışdır. Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent kartından görünür ki, iddiaçı sözügedən yaşayış evində yaşamadığı müddət nəzərə alınmayaraq, mənzilə əsassız borc hesablanmışdır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 27-yə hesablanmış 571 (beş yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 7/12, mənzil 27-yə hesablanmış 571 (beş yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar