Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6661/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 verilmiş Sumqayıt şəhəri Novxanı bağ massivi B-4049 saylı torpaq sahəsinə dair 842 saylı icarə müqaviləsinin ona - Ərizəçi məxsus olması faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanda yaşayır. Sumqayıt şəhəri “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı Ərizəçi kimi göstərilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4049 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” publik hüquqi Şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinə ərizə ilə müraciət edən zaman məlum oldu ki, icarə müqaviləsində adı X1, şəxsiyyət vəsiqəsində isə Ərizəçi kimi göstərilmişdir. Ona görə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə yazdığı ərizənin icraasından imtina edilmişdir. Yaranmış vəziyyətdən yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hər zaman bütün sənədlərdə onun soyadı Alyasov kimi yazılıb. Həm şəxsiyyət vəsiqəsində, həm hərbi biletində adı və soyadı “Ərizəçi” kimi qeyd edilmişdir. Yalnız icarə müqaviləsində adı və soyadı düzgün yazılmamışdır. Bu səbəbdən o həmin torpaq sahəsini sənədləşdirə bilmir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AA ******* aylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. İşdə olan 842 nömrəli xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4049 saylı torpaq sahəsi X2 ayrılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 842 nömrəli xx.xx.2000-ci il tarixli icarə müqaviləsində Ərizəçi adı və soyadı səhvən Ələsov Əzim kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4049 saylı torpaq sahəsinin Ərizəçi ayrılması barədə 842 nömrəli xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4049 saylı torpaq sahəsinin ayrılması barədə 842 nömrəli xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-4049 saylı torpaq sahəsinin ayrılması barədə 842 nömrəli xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6661/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6661/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver