Məhkəmə qərarları › İş №2(060)-6662/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6662/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6662/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək hüquq müəyyənedici sənəd olan xx.xx.1993-cü il tarixli protokolun və həmin protokol əsasında verilmiş 8 dekabr 1993-cü il tarixli, 66/61 nömrəli orderin Asan-Sumqayıt tərəfindən verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindəki Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ilə bağlı qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X2 Azərbaycan espublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 71 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyesterdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə "Daşınmaz Əmlakın .castn və Resyestri" publik hüquqi şəxslərin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı orderdə və arxiv arayışında qeyd olunan 2-ci şəxsin ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilən 8 dekabr 1993-cü il tarixli, 66/61 nömrəli order və 19 sentyabr 2023-cü il tarixli, 3-48DA-10F/2-748/2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda 2-ci şəxsin ata adı "Əlisultan" kimi qeyd olunsa da, mənzil sahəsində (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxsin mənzil özəlləşdirməyə razılığı barədə ərizə və xx.xx.2023-cü tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda "Əkbərbala" kimi yazılmışdır. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasımda olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X5 arasında Azərbaycan SSR Neftçala rayon VVAQ şöbəsində xx.xx.1984-cü il tarixli, 170 №li nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Soltanova soyadı verilmişdir. - AZE № ******** şəxsiyyə vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı Əkbərbala qızıdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin verdiyi xx.xx.1993-cü il tarixli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 71 nömrəli mənzil X1 4 nəfər ailə üzvü tutmaq üçün verilmişdir. - xx.xx.1993-cü il tarixli, 93 №-li protokoldan çıxarışdan görünür ki, X3 əvəzinə X4 yazılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim edilən xx.xx.1988-ci il tarixli, 66/61 nömrəli order və 19 sentyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2- 748/2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda 2-ci şəxsin ata adı “Əlisultan” kimi qeyd olunsa da, mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin mənzili özəlləşdirməyə razılığı barədə ərizə və xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşyış yeri üzrə eydiyyat haqqında arayışda “Əkbərbala” kimi qeyd olunmuşdur. Adlar arasında uyğunsuzluq məhkəmə qaydasında həll olunmalı olduğundan ərizənin icrasından imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12.1988-ci il tarixli, 66/61 nömrəli order və 19 sentyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-748/2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda 2-ci şəxsin ata adı “Əlisultan” kimi qeyd olunsa da, mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin mənzili özəlləşdirməyə razılığı barədə ərizə və xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşyış yeri üzrə eydiyyat haqqında arayışda “Əkbərbala” kimi qeyd olunmuşdur. Adlar arasında uyğunsuzluq məhkəmə qaydasında həll olunmalı olduğundan ərizənin icrasından imtina edilməsinə səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd olan xx.xx.1993-cü il tarixli protokolun və həmin protokol əsasında verilmiş 8 dekabr 1993cü il tarixli, 66/61 nömrəli orderin Asan-Sumqayıt tərəfindən verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindəki Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçilərin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Hüquq müəyyənedici sənəd olan xx.xx.1993-cü il tarixli protokolun və həmin protokol əsasında verilmiş 8 dekabr 1993-cü il tarixli, 66/61 nömrəli orderin Asan-Sumqayıt tərəfindən verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindəki Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar