Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6675/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçıların təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 12 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi 22 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə 135 manat məbləğində dəymiş ziyanın, 20 manat dövlət rüsumunun, ümumilikdə isə 155 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyi 16.07.2018-ci il tarixli 08-4987 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS tərəfindən **********00210 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, 00260623 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarf'nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməktaşları tərəfindən 15.04.2020-ci il tarixdə Cavabdeh yaşayış evınə quraşdırılmış G-2,5 markalı, 00260623 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə idarəsi”nin MSK-29/1710-01178-1 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135,00 manat borc abonentdən tələb edilmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13.07.2021-ci il tarixli, 3693 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə 130 manat pul ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 27.09.2021-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında Cavabdeh adına 16.04.2020-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə akt əsasında ümumilikdə 135 manat borc hesablanmışdır. 27 sentyabr 2021-ci il tarixə cavabdehin iddiaçı təşkilata borcu yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh qazdan istifadəyə görə yaranmış borcunu ödədiyindən məhkəmə mübahisəsi aradan qalxmışdır. Bu səbəbdən işə məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməldiir. Аzərbaycan Рespublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçıların təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh qazdan istifadəyə görə yaranmış borcunu iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edənədək ödədiyindən, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263.2, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçıların təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6675/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6675/2021
12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver