Məhkəmə qərarları › İş №2(060)-67/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-67/2022

21.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-67/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçi və maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 26.08.1969-cu il təvəllüdlü Əkbərova Rəna Baxşalı qızının fəaliyyət qabiliyyəti olmayan elan edilməsi və onun bacısı üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizənin həcminin azaldılması ilə bağlı ərizə verərək, bacısı 26.08.1969-cu il təvəllüdlü Əkbərova Rəna Baxşalı qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, onun bacısı Əkbərova Rəna Baxşalı qızı 26.08.1969-cu ildə Sumqayıt şəhərind anadan olmuşdur. Bacısı anadangəlmə əqli cəhətdən geri qalmışdır. 27.05.1998-ci il tarixdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Bacısının kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bacısı hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmir və şüurlu şəkildə özünü idarə edə bilmir. Hesab edir ki, bacısı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, bacısı 26.08.1969-cu il təvəllüdlü Əkbərova Rəna Baxşalı qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə Ərizəçi və maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 izahatlarını dinləyib, iş üzrə materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıolduğuna görə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər əhalinin Sosial Müdafiə Mərkəzinin 12.01.1998-ci il tarixli arayışından görünür ki, Əkbərova Rəna Baxşalı qızı Sumqayıt şəhər əhalinin sosial müdafiə mərkəzində 24.04.1992-ci ildən ömürlük 2-ci qrup əlilliyə görə pensiyaçı kimi qeydiyyatdadır. İş materiallarında olan AZ №1095054 saylı, 07.02.1966-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında-X6, ana qrafasında-X2 qeyd edilmişdir. İş materiallarında olan 214249 saylı, 27.05.1998-ci il tarixli vəsiqənin surətindən görünür ki, X7 2-ci qrup əlildir. İş materiallarında olan AZ №1808221 saylı, 03.09.1969-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əkbərova Rəna Baxşalı qızı 26.08.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında-X6, ana qrafasında-X2 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.01.2022-ci il tarixli, 200 saylı rəyindən müəyyən edilir ki, fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs- 1969-cu il təvəllüdlü X3 Kəskin debillik dərəcəsində oliqofreniya aşkar olunur. X4 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam faəliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən Kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil-Kommunal sahəsinin 17.03.2021-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Ərizəçi Baxşalı qızı bacısı Əkbərova Rəna Baxşalı qızı ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 88-də yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.01.2022-ci il tarixli, 200 saylı rəyini nəzərə alaraq, məhkəmə 26.08.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 88-də qeydiyyatda olan Əkbərova Rəna Baxşalı qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 26.08.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 88-də qeydiyyatda olan Əkbərova Rəna Baxşalı qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar