Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6717/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qıznın sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli AZE-İİ 250790 nömrəli X2 adına verilmiş ölüm haqqında şəhadətnamənin anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Qafan rayonu, Dovrus kəndində anadan olmuşdur. Ermənistan Respublikası tərəfındən xx.xx.1971-ci ildə ona verilmiş doğum haqqında şəhadətnamədə ana qrafasında anası X8 qeyd olunmuşdur. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs tərəfindən ona verilmiş ölüm haqqında şəhadətnamədə anasının soyadı Quliyeva qeyd olunmuşdur. Anasının ölümü ilə əlaqədar olaraq işlədiyi müəssisə tərəfindən ona yardım veriləcəyi ilə bağlı ona məlumat verilmiş və ondan anasının ölüm haqqında şəhadətnaməsi və onun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Anasının ölüm haqqında şəhadətnaməsini və onun doğum haqqında şəhadətnaməsini işlədiyi müəssisəyə təqdim edərkən soyadlar fərqli olduğuna görə həmin yardımın verilməsindən imtina olunmuşdur. Bundan sonra o, anasının ölüm haqqında şəhadətnaməsində hansı səbədən soyadının Quliyeva qeyd olunması ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət edərək X2 Ermənistan Respublikasının Qafan rayonu, Dovrus kəndində qeydə alınmış nikah haqqında şəhadətnaməsinin təkrar verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, X4 ilə X2 Ermənistan Respublikasının Qafan rayonu, Dovrus kəndində qeydə alınmış nikah haqqında təkrar şəhadətnamənin verilməsi barədə Sumqayıt şəhər qeydivyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişlərinin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixl, . 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəaların 13-ciı və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun nikahı haqqında akt qeydinin bərpa olunması məqsədi ilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət oluna bilər. Ona görə də hazırda Maraqlı şəxs tərəfindən X2 adına verilmiş ölüm haqqında şəhadətnamənin anası X3 məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, anasının soyadı ancaq anasına məxsus ölüm haqqında sənəddə Quliyeva kimi göstərilmişdir. Quliyeva anasının qızlıq soyadıdır. Lakin onun və digər qardaşlarının doğum haqqında şəhadətnamələrində analarının soyadı Şəkərova kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin ediməsini məhkəməən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, İslam onun qardaşıdır. Bildiyinə görə qardaşı iş yerinə sənəd təqdim etməlidir. Anasının soyadı Şəkərova olmuşdur. Hamı onu həmin soyadla tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, İslam onun qardaşıdır. Anasının əvvəlki soyadı Quliyeva olmuşdur. Lakin nikahdan sonrakı soyadı Şəkərova olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İ-ZJ -1555118 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Dovrus kəndində anadan olmuşdur. X1, anası X7r. İşdə olan xx.xx.2022-ci il tarixli AZ İİ 250790 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 16 iyun 2022-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 966 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q- 3516/15 saylı məktubundan görünür ki, Ermənistan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanmadığından xahişinin təmin olunması mümkün olmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan İ-ZJ -1025573 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Dovrus kəndində anadan olmuşdur. X1, anası X7r. İşdə olan İ-ZJ -494596 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Dovrus kəndində anadan olmuşdur. X1, anası X7r. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli AZ İİ 250790 saylı ölüm haqqında şəhadətnamə X3 məxsusdur. Bu faktı iş materillarına əlavə edilmiş sənədlər, o cümlədən onun övladlarına məxsus doğum haqqında şəhadətnamələr də təsdiq edir. Belə ki, həmin şəhadətnamədə də ərizəçinin anasının soyadı Şəkərova kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AZ İİ 250790 saylı ölüm haqqında şəhadətnamənin X3 məxsus olması faktı Ərizəçi izahatı, şahid ifadələri və işdə olan digər sübutlarla təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AZ İİ 250790 saylı ölüm haqqında şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 250790 saylı ölüm haqqında şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6717/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6717/2022
28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver