Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6744/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 A saylı evdən çıxarılması və cavabdehdən həmin evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 (iki yüz) manat hesablanmaqla ümumilikdə 13400 (on üç min dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2A saylı ev iddiaçıya, İddiaçı məxsusdur. İddiaçı 04 noyabr 2015-ci il tarixində Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən 2 A saylı evi 20000 (iyirmi min) manat məbləğinə Cavabdeh satmışdır. Lakin Cavabdeh həmin fərdi yaşayış evinin Müdafiə Nazirliyinin balansında olması səbəbindən məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 2A saylı evi satın aldığı 20000 (iyirmi min) manat məbləğində pulu iddiaçıdan geri tələb etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 2(060)-6597/2019 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunaraq 20000 (iyirmi min) manat, hüquqi yardım, üçün ödədiyi 110 (yüz on) manat, dövlət rüsumu qismində ödədiyi 30 (otuz) manat, cəmi 20140 (iyirmi min yüz qırx) manat pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-581/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2019-cıı il tarixli, 2(060)-6597/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 379/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-581/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halbuki cavabdeh 2015-ci ilin noyabr ayından etibarən bu günədək həmin mənzildə yaşayır. Bildirir ki, cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 2A saylı ev üçün ödədiyi 20000 (iyirmi min) manat məbləğində pulu Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 2(060)-6597/2019 saylı qətnaməsi ilə ondan almasına baxmayaraq hələ də həmin mənzildə yaşayır. Bu səbəbdən cavabdeh iddiaçıya məxsus yaşayış evindən özbaşına istifadə etdiyindən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı cavabdehdən evdən çıxmasını tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Hesab edir ki, həmin evin dəyəri olan 20000 (iyirmi min) manat məbləğində pul məhkəmə qətnaməsi ilə iddiaçıdan tutulursa, o zaman cavabdeh X1 2015-ci ilin noyabr ayından etibarən ünvan 2 ünvanında yerləşən 2A saylı evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 (iki yüz) manat hesablanmaqla ümumilikdə 13400 (on üç min dörd уüz) manat məbləğində pul tutulmalıdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbini müdafiə etdi. ünvan 3 ünvanında yerləşən 2 A saylı ev ona məxsusdur. O, 2015-ci ildə Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 3 ünvanında yerləşən 2A saylı evi 20000 min manat məbləğində cavabdehə satmış, lakin cavabdeh həmin fərdi evi Müdafiə Nazirliyinin balansında olması səbəbindən məhkəməyə müraciət edərək həmin evi satın aldığı 20000 manat məbləğində pulu ondan geri tələb etmişdir. Sumqayıt şəhəri Məhkəməsinin qətnaməsi ilə cavabdehin iddia tələbi təmin olunaraq 20140 manat pulun iddiaçıdan alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilmişdir. Halbuki cavabdeh 2015-ci ilin noyabr ayından etibarən bu günədək həmin mənzildə yaşayır. Bu səbəbdən cavabdeh iddiaçıya məxsus yaşayış evindən özbaşına istifadə etdiyindən, o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək iddia tələbini müdafiə etdi. İddiaçının izahatını təstiq etdi. Hesab edir ki, həmin evin dəyəri olan 20000 manat məbləğində pul məhkəmə qətnaməsi ilə iddiaçıdan tutulursa, o zaman Cavabdeh 2015-ci ilin noyabr ayından etibarən həmin evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 manat hesablanmaqla ümumilikdə 13400 manat məbləğində pul tutulmalıdır və cavabdeh evdən çıxarılmalıdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 2(060)-6597/2019 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunaraq 20000 (iyirmi min) manat, hüquqi yardım, üçün ödədiyi 110 (yüz on) manat, dövlət rüsumu qismində ödədiyi 30 (otuz) manat, cəmi 20140 (iyirmi min yüz qırx) manat pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-581/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2019-cıı il tarixli, 2(060)- 6597/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının 2(102)-379/2021 saylı, 02.02.2021-ci il tarixli (iddiaçı Cavabdeh İddiaçı Qulam qızına qarşı iş üzrə) qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-581/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 04.11.2015-ci il tarixli daşınmaz əmlakın alışı, satışı, icarəsi üzrə iki və ya bir neçə şəxs arasında əvəzli xidmətin göstərilməsi-əqdin bağlanması barədə müqavilədən görünür ki, İddiaçı qızı(satıcı) ünvan 2, ev-2A ünvanını Cavabdeh (alıcı) satmağa, istifadəsinə verməyi öhdəsinə alır, alıcı isə həmin müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə alır. -18.05.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2, ev-2A-da yerləşən 2 otaqlı mənzilin bugünkü bazar qiymətləri ilə kirayəsi 180-200 manat civarında qiymətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 2, ev-2A ünvanını heç bir sərəncam vermək hüququ olmadan mübahisəli mənzil Cavabdeh satmış və bunun müqabilində Cavabdeh 20000 manat məbləğində pul almışdır. Bundan sonra Cavabdeh evi öz mülkiyyətinə qeydiyyata aldıra bilmədiyi üçün məhkəməyə müraciət etmiş və ödədiyi məbləği geri istəmişdir. Qüvvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ünvan 2, ev-2A ünvanını dair heç bir sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən - Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən - Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən- Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 A saylı ünvanına dair hüquqları mövcul olmadığından, cavabdehin evdən çıxarılması və cavabdehdən həmin evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 (iki yüz) manat hesablanmaqla ümumilikdə 13400 (on üç min dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə İddiaçı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 2 A saylı evdən çıxarılması və cavabdehdən həmin evdə qaldığı müddətin 67 ayın aylıq kirayə haqqı 200 (iki yüz) manat hesablanmaqla ümumilikdə 13400 (on üç min dörd yüz) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6744/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6744/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver