Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6749/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən ona məxsus yaşayış evinə (abunə kodu **********000) sudan istifadəyə görə əsassız olaraq hesablanmış 1174,61 manat məbləğində debitor borcun silinməsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində ona ayrılmış 600 kv.m torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə sudan istifadəyə görə əsassız olaraq 1174,61 manat məbləğində debitor borc hesablamışdır. Baxmayaraq ki, o, istifadə etdiyi suyun haqqını vaxtlı vaxtında ödəmişdir. Abunə haqqında çıxarışdanda görünür ki, cavabdeh tərəfindən qeyd olunan mənzilə 2011-ci il tarixində -821 manat borcu olmuşdur. Yəni Cavabdeh ASC-nin ona 821 manat borcu olmuşdur. Həmin abunə haqqında çıxarışdan görsənir ki, qeyd olunan ünvan üzrə illik su sərfi 110-120 manat arasında dəyişir və tərəfindən də ödənişlər olur. Əgər 2011-ci ildə idarənin ona 821 manat borcu var idisə heç bir ödəniş eləməsə belə onun bu günə qədər heç bir borcu olmamalı idi. Həmçinin abunə haqqında çıxarışdan görsənir ki, süni şəkildə yaradılmış borc 2016-2018 ci illər ərzində yaranmışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ondan əsası olmayan və 2016- 2018-ci illərdə yaranmış borclar tələb olunur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Corat 2, ev 676-da Cavabdeh ASC-nin abonent bazasında abonent kimi 01.01.2005-ci il tarixdən X2 adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı xidmətlərindən” istifadə olunur. Hal-hazırda 26.08.2021-ci il tarixə həmin ünvanın “su təchizatı xidmətlərindən” istifadəyə görə 1213,31 manat borcu qalmışdır. Qeyd olunan ünvanda 01.01.2005-ci il tarixdə kod açılaraq 1 nəfər ailə tərkibinə və 4 sot torpaq sahəsinə uyğun olaraq hesabat aparılmışdır. Qeyd olunan ünvanda hesabat normativ qaydada aparılır. CavabdehSC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, iddianı əsassız hesab edir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: 22.07.2021-ci il tarixli Abonent kartından görünür ki, ünvan 1 ünvanına (abonent kodu **********000: ********) 1194,31 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi X3 tərəfindən təqdim edilmiş etirazdan görünür ki, abonent 2011-2014-cü illərdə heç bir ödəniş etməmiş, ardıcıl olaraq illər üzrə 71,90+267,05+183,50+159,50 manat borcu yaranmış, 2015-ci ildə 80 manat ödəniş etmiş, 90,95 manat borcu qalmış, 2016-cı ildə 60 manat ödəniş etmiş, 87,55 manat borcu qalmış, 2017-ci ildə 40 manat ödəniş etmiş, 67,10 manat borcu qalmış, 2018-ci ildə 85 manat ödəniş etmiş, 28,90 manat borcu qalmış, 2019-cu ildə 90 manat ödəniş etmiş, 26,40 manat borcu qalmış, 2020-ci ildə 25 manat ödəniş etmiş, 93,95 manat borcu qalmış, 2021-ci ildə ödəniş etməmiş, 136,51 manat borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun: 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəyə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 2.1.4.-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 5.1.5.-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. 7.4-cü bəndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görəödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 860,45 manat həddində təmin edilməlidir. Belə ki, iş materialarından göründüyü kimi iddiaçı 2011-2016-cı illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövrə yaranan borc qüvvəsini itirmişdir. Odur ki, həmin illər üçün 71,90+267,05+183,50+159,50+90,95+87,55 manat olmaqla, cəmi 860,45 manat borc məbləğindən çıxılmaqla silinməli, qalan hissədə iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə həçinin qeyd edir ki, abonent kartında olan məlumatlardan göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri 01.01.2005-ci ildən yaranmışdır. Odur ki, məhkəmə tələbetmə müddəti barədə məsələyə qiymət verərkən borcun icra edilməsinin son müddəti olaraq müvafiq ilin 01 yanvar tarixi nəzərə alınmaqla müddətin hesablanmasını qanuni hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı abonent hesabından (abonent kodu **********000: ********) 860,45 (səkkiz yüz altmış manat qırx beş qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6749/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6749/2021
21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver