Məhkəmə qərarları › İş №2(060)-6765/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6765/2022

15.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6765/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci ildə ölmüş bacısı X1 miras qalmış əmlakın (qızıl-zinət əşyaları) qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X4 iddiaçının atasıdır. O, xx.xx.2021-ci ildə ölmüşdür. iddiaçı bacısı X1 miras qalmış qızıl-zinət əşyalarının qəbulu ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən iddiaçıya verilən imtina məktubunda qeyd olunur ki, Mülki Məcəllənin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən mirasın qəbul edildiyi müddəti buraxdığınız üçün Mülki Məcəllənin 1248 ci maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz. Qeyd edir ki, iddiaçının miras qalmış həmin qızıl-zinət əşyalarından xəbəri olmamışdır. 2022-ci ilin iyun ayında Lombarddan iddiaçıya zəng gəldikdən sonra iddiaçının xəbəri olmuşdur ki, bacısı özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymuşdur. İddiaçı tərəfindən müddət üzrlü səbəbdən ötürülmüşdür. Hesab edir ki, qeyd olunan səbəbə görə mirasın qəbulu müddətini ötürməyi üzrlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalıdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Sumqayıt Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZ-İİ № 254635 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə kor bağırsağın bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. - AZ-İİ №147453 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə kor bədxassəli yenitörəmə səbəbindən ölmüşdür. - 064237 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 qara ciyər koması səbəbindən ölmüşdür. - xx.xx.2021-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Həsənov Zaur xx.xx.2021-ci ildə Rusiya Federasiyasının, Nijeqorod vilayətinin, Nijni Novqorod şəhərində ölmüşdür. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı və xx.xx.1982-ci il təvəllüdlü X2 atası X6, anası X3r. - 05/Q-1707/69 saylı, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X2 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. - ünvan 1 ünvanlanmış məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə bacısı X1 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığından, habelə bacısından miras qaldığını bilmədiyi üçün mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı X2 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı X2 qanun üzrə yeganə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2021-ci ildə ölmüş bacısı X1 miras qalmış əmlakın (qızıl-zinət əşyaları) qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildə ölmüş bacısı X1 qalmış miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar