Məhkəmə qərarları › İş №2(060)-6778/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6778/2021

25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6778/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 Qasım qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı qızının cavabdehlər Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı,Yeni qaydalarla AZ5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X10 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli 735 saylı Texniki Pasport əsasında X29 Ağakişi oğlunun istifadəsində olmuşdur. X29 Ağakişi oğlu 15 iyun 2001-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra miras əmlak kimi yuxarıda qeyd edilən fərdi yaşayış evi qalmışdır. Lakin ailələrində atadan qalan əmlakla bağlı hər hansı mübahisə olmadığından və sözügedən mənzildə ögey anası Cavabdeh3 və bacısı Cavabdeh4 qızı yaşadıqlarından, miras əmlakın bölünməsinə yaxud vərəsə kimi öz adlarına keçirilməsinə ehtiyac duyulmamış və həmin fərdi yaşayış evi mərhum atasının adında qalmaqda davam etmişdir. O, mütəmadi olaraq sözügedən evə gedib-gəlmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızı ilə qohum kimi daima ünsiyyətdə olaraq hətta bayramları da birlikdə qeyd etmişlər. Lakin bir müddət əvvəl qohumları vasitəsi ilə ona məlum olmuşdur ki, sözügedən cavabdehlər tərəfindən mərhum atasına məxsus olan fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə başqa şəxsə satılmışdır. Bununla bağlı edilmiş yazılı müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 24 iyun 2021-ci il tarixli məktubla cavab verilərək Sumqayıt şəhəri,Corat qəsəbəsi,74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evinin mərhum X29 Ağakişi oğlunun adına qeydiyyata alınaraq 14 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verildiyi, sonradan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli "X25 hüququ haqqında" Şəhadətnamələr, 26 dekabr 2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli miras payın bağışlama müqaviləsi əsasında Cavabdeh4 qızının adına qeydiyyata alınaraq 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli 40-287 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evinin Cavabdeh5 adına qeydiyyata alınaraq 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi bildirilmişdir. Eyni zamanda vəkil sorğusu əsasında Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, sözüdegən fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh3 adına, qalan 1/2 hissəsinə isə Cavabdeh4 qızının adına "X25 hüququ haqqında” Şəhadətnamələr verilərək mərhum atasının hüquq varisləri kimi tanınmışlar. 26 dekabr 2020-ci il tarixdə eyni notariat ofisi tərəfindən X2nun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi və sahəsi 800 kv.m olan həyətyanı torpaq sahəsinə dair bağlanılmış “miras payın bağışlama müqaviləsi” əsasında Cavabdeh3 miras payını Cavabdeh4 qızına bağışlamışdır. Cavabdeh4 qızı da öz növbəsində Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanılmış 10 mart 2021-ci il tarixli. AN-İ№0927332 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında sözügedən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 160 000(bir yüz altmış min) manat pul vəsaiti müqabilində Cavabdeh5 satmışdır. Bütün bunlardan isə Ağayev Qasım Ağakişi oğlunun qızı olaraq onun məlumatı olmamışdır. O, sözügedən fərdi yaşayış evinin mərhum atasının adında qaldığını güman edərək ögey anasıyla bacısının həmin fərdi yaşayış evində yaşamasına etiraz etməmişdir. Sözügedən fərdi yaşayış evinin atasının adından çıxarılaraq ögey anasıyla bacısının adına keçirilməsi ona bir müddət əvvəl məlum olmuş və aidiyyəti üzrə müvafiq sorğular verməklə miras əmlaka dair hüquq müəyyənedici sənədləri əldə edə bilmişdir. Hesab edir ki, sözügedən notariat orqanında onun mərhum X29 Ağakişi oğlunun vərəsələri kimi Cavabdeh3 və Cavabdeh4 qızının tanınması, onun isə miras əmlakdan məhrum edilməyi qanunsuz və əsassızdır. Təəssüf ki, notariat orqanında bu nəzərə alınmadan mübahisəli fərdi yaşayış evinə dair mərhum atasının hüquq varisi kimi tanınmayaraq əsassız şəkildə yalnız Cavabdeh3 və Cavabdeh4 adlarına vərəsəlik sənədləri tərtib olunmuşdur. Bütün bu halları nəzərə alaraq o, X7 hüquq varisi olaraq özünün pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli "X25 hüququ haqqında" Şəhadətnamələrin 26 dekabr 2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli "miras payın bağışlama müqaviləsi”nin və onların doğurduğu hüquqi nəticələrin, o cümlədən Cavabdeh4 qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız sayılması, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, AN-l№0927332 saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı onun adına verilmiş 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dəyişikliklə bağlı ərizə verərək məhkəmədən özünün Ağayev Qasım Ağakişi oğlunun vərəsəsi kimi tanınması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsi, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli "X25 hüququ haqqında" Şəhadətnamələrin 26 dekabr 2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli "miras payın bağışlama müqaviləsi”nin və onların doğurduğu hüquqi nəticələrin, o cümlədən Cavabdeh4 qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və onun adına verilmiş 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız sayılması, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, AN-l№0927332 saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və bununla bağlı onun adına verilmiş 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarışın ləğv olunması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payına müvafiq olaraq yeni vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, atasının ölüm kağızını özü almışdır. Bacısının evi olmadığından həmin evdə yaşayırdı. Özü də o evdə 1982-ci ilə qədər yaşamış, daha sonra ailə qurmuşdur. O, 2001-ci ildə 21 gün atasına baxmış, 40 gün yas mərasimində iştirak etmişdir. 5-6 il bundan öncə müraciət etmiş, lakin sənədləşmə üçün pul lazım olduğundan imkanı olmamışdır. Sonuncu dəfə cavabdehlərlə mart ayında bir yerdə olmuşdur. Belə razılaşmışlar ki, evi satıb pulunu bölərlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verib əlavə olaraq göstərdi ki, ev və həyətyanı sahə iddiaçının xəbəri olmadan rəsmiləşdirilmişdir. Çıxarış alınandan sonra azı 3 ay və 6 ay olan müddətlər gözlənilmədən vərəsəlik şəhadətnaməsi alınıb və ev başqasına satılıb. Lakin cavabdehlər tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 Qasım qızının nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, iddanı qəbul etmir, Ağayev Qasım Ağakişi oğlu 2001-ci ildə vəfat edib, lakin həmin vaxtdan bu günə qədər iddiaçı vərəsəliklə bağlı müraciət etməyib. Ona görə də miras analığı və bacısı tərəfindən qəbul olunub. Daha sonra ev satılıb. İddiaçı tərəfindən mübahisə predmeti olan ev və həyətyanı sahə hər hansı bir formada qəbul edilmədiyindən iddianı əsassız hesab edilməlidir. Əqd üzrə etibarsızlıq üçün isə hər hansı əsas yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında göstərdi ki, iddiaçının atası ilə qonşu olmuşlar. İddiaçı ərə gedənə qədər orada yaşayıb, tez-tez gəlib atasına baş çəkirdi. X27 birinci ailəsindən olan qızıdır. Anası uzun müddət xəstə olmuş, illər əvvəl rəhmətə getmişdir. Qasım insult olmuşdu. O vaxtlar ögey bacısı çox balaca idi, anası baxırdı. Dəfn mərasimində həm iddiaçı, həm də ögey anası və bacısı orada idi. Məhkəmə iclasında iştirak edən şahid X11 izahatında göstərdi ki, iddiaçı ilə qonşu olmuş, bir məktəbdə oxumuşlar. İddiaçı Qasımın birinci ailəsindən olan qızıdır. Bədir Cahanın anası qəza nəticəsində rəhmətə gedib. İddiaçı ailə qurana qədər orada yaşamış, sonra da həmişə gəlmişdir. Ögey bacısı Mənsurə işləməyib, xəstədir. Bədir Cahan onu müalicə etdirib, həmişə onlara əl tutub. Məhkəmə iclasında iştirak edən şahid X9 izahatında göstərdi ki, Bədir Cahanı uşaqlıqdan tanıyır. Həm özü ilə, həm də ata-anası ilə qonşudur. İddiaçının atası onun atasının dayısı oğludur. Bədir Cahanın anası qəza nəticəsində rəhmətə gedib. Qasım xəstə olanda digər qızı balaca olub. Arvadı ilə iddiaçı qulluğunda durub. Dəfn xərclərinin hamısını iddiaçı çəkib. Ayda bir dəfə, iki aydan bir evlərinə gəlirdi. Ögey anası ilə də münasibətləri yaxşı olub. Digər cavabdehlər qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb tərəflərin və şahidlərin izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 100383№-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Qasım Ağakişi oğlu 28 iyul 2001-ci il tarixində ölmüşdür. İş materiallarında olan ЖГ seriyalı 492482 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X29 Ağakişi oğlu, anası İmanova Mənsurə Şahbala qızıdır. İş materiallarında olan АЗ seriyalı 436207 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 Qasım qızı 08.02.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X29 Ağakişi oğlu, anası X3r. İş materallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin vəkil sorğusuna cavab olaraq göndərdiyi 24 iyun 2021-ci il tarixli, **********06 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi Sumqayıt şəhər X10 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli 735 saylı texniki pasport əsasında X29 Ağakişi oğlunun adına qeydiyyyat alınaraq 14.12.2020-ci il tarixli, **********1 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfinən təsdiq edilmiş 26.12.2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli X25 hüququ üzrə şəhadətnamələr, 26.12.2020-ci il tarixli, 3 M-2131 reystr nömrəli miras payın bağışlanma müqaviləsi əsasınd mənzil Cavabdeh4 adına qeydiyyata alınaraq 19.01.2021ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfinən təsdiq edilmiş 10.03.2021ci il tarixli, 4Ə-287 reyestr nömrəli alqı-satqı müqaviləssi əsasında sözügedən mənzil Cavabdeh5 adına qeydiyyata alınaraq 31.03.3031-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hal-hazırda Cavabdeh5 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 26.12.2020-ci il tarixli 2V-202 və 2V 203 №-li X25 hüququ haqqında şəhadətnamələrdən görünür ki, 15.06.2001-ci il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 4 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh3 və qızı - Cavabdeh4dır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 105 yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0.08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 105 yeni qaydalarla AZ5021 ünvan 5 ünvanı tam mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumat çıxarışından görünür ki, X19, Cavabdeh4 və Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 26.12.2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26.12.2020-ci il tarixli, 12V-203 reyestrli X25 X6 əsasən, ona düşən miras payını Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 105 yeni qaydalarla AZ5021 ünvan 5 ünvanı tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 10.03.2021-ci il tarixli, AN-İ №0927332 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 105 yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0.08 ha torpaq sahəsindən ibarət əmlakı 160000 manata Cavabdeh4 almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbi ilə müraciət edərkən ona məxsus hüququn hüquqi əsasını, mərhum atasının sağlığı, ölümündən sonra isə ögey anası və bacısı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Qasım qızı ilə mehriban ailə münasibətində olması, daim maddi cəhətdən onlara köməklik göstərməsi, atasının dəfn xərclərini onlarla birliktə çəkməsi və inandığı ailə münasibətlərinə etibar etməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı işin faktiki hallarına dair izahat verərək bildirdi ki, o, cavabdehlər ilə dəfələrlə atasından miras qalmış əmlaklara dair rəsmi sənədlərin alınması ilə bağlı söhbətlər aparmış, lakin maddi cəhətdən buna imkanları olmadığı üçün sənədləşmələr aparılmamışdır.Həmçinin sözügedən fərdi yaşayış evinin mərhum atasının adında qaldığını güman edərək ögey anasıyla bacısının həmin fərdi yaşayış evində yaşamasına etiraz etməmişdir. Belə ki, cavabdehlərlə aralarında olan razılığa əsasən onların niyyəti miras əmlakı rəsmiləşdirərək satmaq və əldə olunan vəsaitin hər üçünün arasında bölmək olmuşdur. Fərdi yaşayış evinin atasının adından çıxarılaraq ögey anasıyla bacısının adına keçirilməsi ona bir müddət əvvəl məlum olmuş və aidiyyəti üzrə müvafiq sorğular verməklə miras əmlaka dair hüquq müəyyənedici sənədləri əldə edə bilmişdir. Notariat orqanında onun mərhum X29 Ağakişi oğlunun vərəsələri kimi Cavabdeh3 və Cavabdeh4 tanınması, onun isə miras əmlakdan məhrum edilməyi qanunsuz və əsassızdır. Təəssüf ki, notariat orqanında bu nəzərə alınmadan mübahisəli fərdi yaşayış evinə dair mərhum atasının hüquq varisi kimi tanınmayaraq əsassız şəkildə yalnız Cavabdeh3 və Cavabdeh4 adlarına vərəsəlik sənədləri tərtib olunmuşdur. Bütün bu halları nəzərə alaraq o, X7 hüquq varisi olaraq özünün pozulmuş hüquqlarının müdafiəsi üçün tələbini müdafiə etmişdir. Qeyd olunan hallar iş materialları, məhkəmə iclasında iştirak edən şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən mübahisə ilə bağlı işin faktiki hallarını, iddiaçının birinci növbəli vərəsə olması halını işin mübahisəsiz halı hesab edərək, İddiaçı qızının həm rəsmi nikaha daxil olduğu vaxtadək yaşamasını, həm də nikaha daxil olduqdan sonra mütəmadi olaraq mərhum atasına baş çəkməsini, ona qulluq etməsini, həmçinin ögey ana və bacısı ilə mehriban münasibətdə olmasını, daim ailə münasibətlərinə hörmət hissi ilə yanaşmasını, həmin münasibətdən irəli gələrək cavabdehlərin onu aldadacağına güman etmədiyini, həmçinin mərhum X29 Ağakişi oğlunun 28 iyul 2001-ci il tarixində vəfat etməsinə baxmayaraq uzun müddət sənədləşmə aparılmayaraq, qısa zaman kəsiyində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evinə dair verilmiş Sumqayıt şəhər X10 12 sentyabr 1959-cu il tarixli protokolundan çıxarış və 1987-ci il tarixli 735 saylı texniki pasport əsasında Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfidən təsdiq edilmiş 26.12.2020-ci il tarixli, 2V-202 və 2V-203 reyestr nömrəli X25 hüququ üzrə şəhadətnamələrin verilməsini, həmin şəhadətnamələrə əsasən 15.06.2001-ci il tarixdə vəfat etmiş X7 vərəsələrinin yalnız ünvan 4 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh3 və qızı - Cavabdeh4 olması əsassız hesab edilməlidir. Məhkəmə iddia tələbinin “mənzil sahəsi üzərində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” hissəsində təmin edilməməsi qənaətinə gələrkən şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 105 yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0.08 ha torpaq sahəsindən ibarət olmaqla, Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10.03.2021-ci il tarixli, 4Ə-287 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil Cavabdeh5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 74, ev 105 yeni qaydalarla AZ5021 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən və 0.08 ha torpaq sahəsindən ibarət əmlakı 160000 manata Cavabdeh4 almasına münasibət bildirərək hesab edir ki, qanunvericiliyin normalarına əsasən vicdanlı alıcının hüquqlarının qorunması halını əsas tutaraq, həmin şəxsə münasibətdə hüquqlarının hazırkı tələblə birliktə baxılması mümkün olmayaraq, müstəqil şəkildə məhkəmə araşdırmasının predmeti ola bilməsini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay X25 zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsaəsn mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən X25 zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsaəsn vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı qızının cavabdehlər Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması hissəsində təmin edilməli, 26.12.2020-ci il tarixli 2V-202 və 2V 203 №-li X25 hüququ haqqında şəhadətnamə ləğv edilməli, İddiaçı Ağayev Qasım Ağakişi oğlunun vərəsəsi kimi tanınmalı, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, mülki qnunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı qızının cavabdehlər Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Ofisi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik şəhadətnamələrinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması hissəsində təmin edilsin, 26.12.2020-ci il tarixli 2V-202 və 2V 203 №-li X25 hüququ haqqında şəhadətnamə ləğv edilsin, İddiaçı Ağayev Qasım Ağakişi oğlunun vərəsəsi kimi tanınsın və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.08 ha olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar