Məhkəmə qərarları › İş №2(060)-6820/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6820/2022

26.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6820/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı miras əmlakın qəbul etmə müddətinin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı miras əmlakın qəbul etmə müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehnə X2ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh ərizənin təmin olunmasından imtina etmiş və ona ünvanladığı məktubunda xx.xx.2016-cı il tarixində ölmüş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən ona müddətin bərpası üçün məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Atasından qalan mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə biləcəyini zənn etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən X3 miras qalmış Sumqayıt şəhəri Saray ərazisində yerləşən 4532 nömrəli 0.10 ha bağ sahəsi üzərində daşınmaz əmlaka dair miras əmlakın qəbul etmə müddətinin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üç qardaşı var. Biri rəhmətə getmiş, biri itkin düşmüşdür. Digəri isə bağ evində yaşayır. İtkin düşmüş qardaşından 40 ildir ki, xəbər yoxdur. Rəhmətə gedən qardaşı atası rəhmətə getməmişdən əvvəl dünyasını dəyişmişdir. Atası öldükdən sonra həmin evdə qardaşı yaşayır. 9 sot torpaq ərazisidir. Həm qardaşının, həm də özünün ayrıca evi vardır. Ev uzun müddətdir ki, tikilmişdir. Buna baxmayaraq evin sənədi yoxdur. Miras qardaşının qəbulu etməsini gözləmilş, lakin qardaşı müraciət etməmişdir. Həmçinin atasının ölüm kağızınıda özü müraciət edib almışdır. Cavabdeh AR Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan V-ЖГ seriyalı, 33507 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. X2, anası X7r. İş materiallarında olan AZ-İ seriyalı 466459 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 250851 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində ölmüşdür. İş materiallarında olan 26 aprel 2001-ci il tarixli 1132 nömrəli müqavilədən görünür ki, X1 qəsəbəsi ərazisində 4532 nömrəli 0,10 ha bağ sahəsini təhvil alıb. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 161 №li cavab məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən vərəsəyə AR MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirimiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, İddiaçı 15 oktyabr 2016-cı ildə vəfat etmiş mərhum X2nun vəfatından sonra ona məxsus Sumqayıt şəhəri, Saray ərazisində yerləşən 4532 nömrəli 0.10 ha bağ sahəsi üzərində miras əmlaklarının qəbulu üçün ötürülmüş müddətin bərpası üçün Cavabdehnə müraciət etmiş, imtina məktubu alaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də müddətin bərpası ilə bağlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 miras qalmış Sumqayıt şəhəri Saray ərazisində yerləşən 4532 nömrəli 0.10 ha bağ sahəsi üzərində daşınmaz əmlaka dair miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış Sumqayıt şəhəri Saray ərazisində yerləşən 4532 nömrəli 0.10 ha bağ sahəsi üzərində daşınmaz əmlaka dair miras əmlakın qəbul etmə müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbul etmə müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar