Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6830/2025 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, qızı xx.xx.1996-cı il təvəllüdlü X5 1-ci dərəcəli gözdən əlildir. Əlillik səbəbi başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Üzvi mənşəli ağıl zəifliyi kənar şəxsin qulluğuna ehtiyacı var. Müştərək xarici çəpgözlük, OS-Müştərək xarici çəplik Anopsiya nəticəsində ambliopiya, OU- Ambliopiya. Horizontal nistaqm Diplegik spastik serebtal iflic, Uşaq serebral iflici. Astiqmatizm, OU-Qarışıq astiqmatizm M 2.0 və Hm 3.0-dir. X1 əmək qabiliyyətsizdir, Forma 88 C00274529ANE orqanizm funksiyasının pozulması faizi-85 %-dir. Bu səbəbdən X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi daha məqsədəuyğundur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
b) tələbə qarşı etiraz
3. Tələbə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X9 ərizəyə dair izahat verərək şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsi ilə bağlı məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X5 başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşləşdirilmiş xəstəliklər zamanı demensiya, Üzvi mənşəli ağıl zəifliyi, kənar şəxsin qulluğuna ehtiyacı var Müştərək xarici çəpgözlük, OS-Müştərək xarici çəplik, Anopsiya nəticəsində ambliopiya, OU-Ambliopiya. Horizontal nistaqm, Diplegik spastik serebral iflic. Uşaq serebral iflici, Astiqmatizm, OU-Qarışıq astiqmatizm M 2,0 və Hm 3,0 diaqnozu ilə ümumi xəstəlik əsası ilə müddətsiz birinci dərəcəli əlildir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 3925 saylı rəyinə əsasən, yoxlanılan şəxs X3 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla bibiqızı-dayıoğlu olması doğuş travması ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməklə qeyri-aydın olması biruzə verməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı şəhər X4 müalicələrdə olması, əqli geriliyi, narahatlığı, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, hərdən əsəbiliyi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2025-ci il tarixdə müayinə edilərək “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşləşdirilmiş xəstəliklər zamanı demensiya, Üzvi mənşəli ağıl zəifliyi, Kənar şəxsin qulluğuna ehtiyacı var Müştərək xarici çəpgözlük, OS-Müştərək xarici çəplik Anopsiya nəticəsində ambliopiya, OU-Ambliopiya. Horizontal nistaqm Diplegik spastik serebral iflic. Uşaq serebral iflici, Astiqmatizm, OU-Qarışıq astiqmatızrr M 2,0 və Hm 5,0” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, halhazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırkı müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertızası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallar üzrə; X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Sevinc Qasımova psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır
c) məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
11. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3925 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var.
13. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X3 psixi xəstəlik olduğu ekspert rəyi ilə öz təsdiqini tapır.
14. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
15. Məhkəmə qeyd edir ki, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərini şüurlu idarə edə bilməməsi ərizəçinin izahatı, tibbi sənədlər, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
16. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə hissəsi:
17. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva