Məhkəmə qərarları › İş №2(060)-691/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-691/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-691/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxx ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 183462 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında əsassız hesablanmış 356.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xx xxxx 2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları tərəfindən 183462 saylı akt tərtib olunmuşdur. Həmin tərtib olunmuş aktda qeyd olunmuşdur ki, elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, sayğacın dövlət möhürünün trosu qırıqdır. Gövdənin yuxarı künclərində əzilmə izləri var. Üst qapağın gövdəyə bağlanan vint yuvasının kənarlarında çat var. Rəqəmli mexanizmin çarxlarında kənar müdaxilə nəticəsində əzilmə izləri müşahidə olunur. Həmin akta əsaslanan cavabdeh «xxxx» ASC-i tərəfindən ona 356,20 manat borc hesablanmışdır. Həmin akt əsasında borcun əsassız hesablandığını nəzərə alaraq əsassız hesablanmış borcun silinməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, akt əsasında yazılmış borc əsassız olduğundan həmin borc məhkəmə qaydasında silinməlidir. Borcun silinməsi və istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın üst örtüyünün sağ tərəfdən möhürünün trosu qırıq olması, həmin hissədə sağ tərəfdə əzilmə izləri və hesab mexanizminin çarxlarında əzilmə izləri olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 183462 saylı akt əsasında 353.41 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, R 183462 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğacın üst örtüyünün sağ tərəfdən möhürünün trosu qırıq olması, həmin hissədə sağ tərəfdə əzilmə izləri və hesab mexanizminin çarxlarında əzilmə izləri olması halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, İddiaçı aktın köhnə tarifi ilə 257.60 manat, EİQ pozulmasına görə isə 95.81 manat borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, xx.xx.2020-ci il tarixli, R 183462 saylı akt əsasında hesablanmış EEİQ pozulmasına görə 353.41 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaçının mənzilinə məxsus elektrik sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini qeyd etsə də, etirazının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, R 183462 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxx” ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 353.41 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 183462 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında Sumqayıt şəhəri, Yataqxana 13, Nərimanov küçəsi, 28 nömrəli evin, 17 saylı mənzilinə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 353.41 manat borc silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 183462 saylı akt etibarsız hesab edilsin, həmin akt əsasında Sumqayıt şəhəri, Yataqxana 13, Nərimanov küçəsi, 28 nömrəli evin, 17 saylı mənzilinə (Abunə kodu: **********02459) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 353.41 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar