Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6912/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair qərarından Ərizəçi tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Ərizəçi 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair qərarından şikayət ərizəsi məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun tərəfindən Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət olunmuş və bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vəsiyyətnaməsinə görə sonuncuya məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. O, əmisi - X2 vəfatı ilə əlaqədar vərəsəlik işinin açılmasını və ona vəsiyyət üzrə vərəsə olaraq X1 miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Notariat Ofisindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1839 №-li məktubda mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş və Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinin tələbi rəhbər tutularaq ona ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Hesab edir ki, tələbinə münasibətdə Notariat Ofisinin notariusunun mövqeyi əsassızdır. Belə ki, istinad edilən Azərbaycan Respublikası Mülki Məcəllənin 1248-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. O isə X2 adına vəsiyyətnamə qoyduğu şəxsdir. Əmisinin özünün ailəsi, uşaqları olmamış, subay olmuşdur. Digər qanun üzrə vərəsələri, məcburi pay tələb etmək hüququ olan vərəsələri də yoxdur. Bundan başqa Mülki Məcəllənin 1133.2-ci maddəsinin dispozisiyasına da baxdıqda görürnür ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymamış olsun, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılmış olsun. Miras qoyan X3 isə ona vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə sonradan etibarsız sayılmamış, qüvvədədir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndindən görünür ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını ərizədə göstərməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 151-152 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair qərarından Ərizəçi tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-6912/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6912/2023
23.10.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver