Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6921/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh “Azəriqaz” İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı oğlu cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 64 saylı torpaq sahəsinə dair qaz sayğacına görə 31.12.2018-ci il tarixli ******* saylı akt əsasında yazılmış 814 AZN manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 64 saylı torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi üzərində heç bir ev tikilməmiş, bu səbəbdən də həmin torpaq sahəsində heç bir yaşayış yoxdur. Lakin həmin ünvana dair onun adına **********0640 nömrəli abonent kodu açılmışdır. Cavabdeh təşkilat isə əsassız olaraq həmin ünvana dair 31.12.2018-ci il tarixli ******* saylı akt əsasında 814 manat borc yazıblar. Hətta “Azəriqaz” İB Sumqayıt şəhər Məhkəməsinə “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4355/2020 saylı, 16.10.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan “Azəriqaz” İB apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-649/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmamışdır. Həmin qətnamələri iddia ərizəsinə əlavə edir. Oradan da aydın görünür ki, yazılan həmin borc əsassız və qanunsuzdur. Həmçinin birinci məhkəmə instansiyası mübahisəsi zamanı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının iştirakı ilə ünvana yerli baxış keçrilmişdir ki, sözügedən torpaq sahəsi üzərində heç bir tikilinin inşa edilmədiyi müəyyən olunmuşdur. Buradan da aydın görünür ki, bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında 17.11.2017-ci il tarixində 4212 nömrəli «Qaz caylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Sumqayıt QİS tərəfindən **********00640 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1402AZ**********79 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.12.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş və “Azəriqaz” İByə 810 manat məbləğində maddi zərərin dəydiyi müəyyən edilmişdir. Hesab edir ki, həmin akt əsaslı və qanunidir. Cavabdehin nümayəndəsi qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-435/2020 saylı 16.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı “Azəriqaz” İBnin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(015)_649/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-435/2020 saylı 16.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair 24.12.2018-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, məhəllə 1, 64 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 8100 m3 (810 manat) müəyyən edilmişdir. İş materiallarında olan ******* nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, məhəllə 1, 64 ünvanında qaz xəttəinə baxış zamanı abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. İşdə olan 09.08.2021-ci il tarixli abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, məhəllə 1, 64 ünvanında İddiaçı adına 24.06.2021-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə akt əsasında 810 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, məhəllə 1, 64 ünvanında qaz fərdi yaşayış evi yoxdur. Onun tərəfindən həmin ünvanda hər hansı qaz sayğacına müdaxilə olunmamışdır. Bu hallar Sumqayıt Şəhər Məhkəməsinin 16.10.2020-ci il və Sumqayıt Apellyasiya Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnamələri ilə də təsdiq olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə qeyd edir ki, İddiaçı qaz sayğacından kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmadığından mübahisələndirilən akt üzrə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus əraziyə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 810 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya 31.12.2018-ci il tarixli ******* 0saylı akt əsasında 810 manat məbləğində borc hesablandığı halda iddia ərizəsində 814 manat məbləğində borcun silinməsi xahiş edildiyindən, iddia tələbi qismən təmin edilməli, 810 manat məbləğində borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, məhəllə 1, 64 ünvanına (abonent kodu: **********00640) hesablanmış 810 (səkkiz yüz on) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6921/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6921/2021
21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver