Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6933/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdehat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdehat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 miras qalmış seriya MH, ******* nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsus olmuş Saray bağlar massivi, 0,1058 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 58,05 kv.m yaşayış, 19,25 kv.m köməkçi sahədən ibarət olan 3386 nömrəli bağ evi barəsində mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 23.07.2021-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinə ödənilməli olan 10 (on) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ödənilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddələrinin tələblərinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hazırki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada (müraciət edilən məhkəməyə) ödənilmədiyindən İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdehat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Regional Cavabdehat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6933/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6933/2021
03.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver