Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6974/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, 50 nömrəli mənzilə dair 20 mart 1974-cü il tarixli 10/576 saylı orderin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, 20 mart 1974-cü il tarixli 10/576 saylı order əsasında Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, 50 nömrəli mənzili əldə etmiş və həmin tarixdən hazıradək həmin mənzildə yaşayır. 5 sentyabr 1962-ci ildə X5 ilə ailə qurmuş və 05 yanvar 1982-ci ildə sonuncu dünyasını dəyişmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, mənzil 50 üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də 20 sentyabr 2022-ci il tarixli məktubla imtina verilmişdir. İmtinada qeyd edilmişdir ki, 20 mart 1974-cü il tarixli 10/576 saylı orderdə mülkiyyətçinin ata adına sonradan düzəliş edilmişdir. Bildirir ki, həmin mənzil orderi həqiqətəndə ona məxsusdur, düzəliş isə onun tərəfindən deyil, həmin vaxt sənədi tərtib edən şəxs tərəfindən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, 19 avqust 2022ci il tarixli arxiv arayışında mənzilin X2 verildiyi qeyd edilmişdir. Onun ailə qurmamışdan əvvəl soyadı Əhmədova olmuş, X5 ilə ailə qurduqdan sonra ər soyadını götürmüşdür. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 11.2-ci maddəsinə istinad edilmiş və qeyd edilmişdir ki, düzəlişlər olan sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Mənzil orderində olan yanlışlığı aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********99 “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişin məzmunundan görünür ki, 10/576 nömrəli, 20 mart 1974-cü il tarixli orderdə mülkiyyətçinin ata adına sonradan düzəliş edilmiş, lakin həmin düzəliş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim edilən 19 avqust 2022-ci il tarixli arxiv arayışında sözügedən mənzilin X2 verildiyi qeyd edilmişdir. Lakin ərizəyə əlavə edilən notarius tərəfindən təsdiq edilmiş 8i-9975 nömrəli razılıq ərizəsində, razılıq verən şəxsin Ərizəçi olduğu müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/982 nömrəli nikahın bağlanması haqqında arayışdan görünür ki, X5 ilə Əhmədova Ziberta Zeytulla qızı arasında Xaçmaz rayon Əhmədoba İcra nümayəndəliyində xx.xx.1962-ci il tarixdə 20 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Kərimova soyadı verilmişdir. İİ-JQ seriyalı 325872 saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İ-İE seriyalı 170638 saylı doğum haqqında şəhatədnamənin surətindən görünür ki, X3 xx.xx.1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur, atası X6, anası X4r. Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt (2) tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 78 saylı evin , 50 saylı mənzilində qeydiyyatdadır. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu ildə Ağsu rayonunun, Kirde kəndində doğulmuşdur. Azərbaycan SSR Sumqayıt şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 20 mart 1974-cü il tarixli 10/576 saylı orderdən notarit qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 78 saylı evin, 50 saylı mənzili icarədar altı nəfər ailə tərkibi ilə X1 ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçinin adı, soyadı və ata adı ona məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində “Ziberta Zeytulla” kimi qeyd olunmasına baxmayaraq, 20 mart 1974-cü il tarixli 10/576 saylı orderdə səhvən “Zaberte Zeytula ” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi order hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlsidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən orderdə ərizəçinin adı, ata adı səhv göstərildiyindən, həmin order hüquqmüəyyənedici sənəd olduğundan, səhvin düzəldilərək yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin səhvin düzəldilməsinin başqa qaydası müəyyən olunmadığından ərizə təmin edilməli, Azərbaycan SSR Sumqayıt şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 20 mart 1974-cü il tarixli 10/576 saylı orderin xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Sumqayıt şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 20 mart 1974-cü il tarixli 10/576 saylı orderin xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6974/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6974/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver