Məhkəmə qərarları › İş №2(060)-6994/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6994/2021

28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6994/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş 07.07.2021-ci il tarixli, 223407 saylı aktın əsasında yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, ev 65-ə dair əsassız olaraq hesablanmış 790 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin ev faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, Cəbrayıl rayonundan məcburi köçkündür. 07.07.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan evin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya o, kənar xətdən istifadə edir. Ona görə də 07.07.2021-ci il tarixli, 223407 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında iddiaçıya 790 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı həmin aktı əsassız hesab edir. Belə ki, o kənar xətdən istifadə etməmiş və tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac üzrə ödənişləri vaxtı- vaxtında ödəmişdir. Bu abunə haqqında bildirişdən də müəyyən olunur. Cavabdeh ASC-nin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə Cavabdeh ASC-yə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı hesab edir ki, həmin aktın əsasında əsassız olaraq hesablanmış 790 manat məbləğində borc silinməlidir. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmamışdır. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Hesab edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmalı idi. Lakin Cavabdeh ASC-nin əməkdaşları onun iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz təqdim etdi və bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək X1 qaydalarının pozduğuna görə tərtib edilmiş akta əsasən hesablanmış 790 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC- nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 07.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən abonent mənzilə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək kənar xətdən istifadə etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 07.07.2021-ci il tarixli, R № 273407 saylı akt əsasında 787,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və aktın düzgünlüyü iddaçı İddiaçı tərəfindən öz imzası ilə təstiq edilmişdir. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən istifadə olunmasını bir daha sübut edir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı təstiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı i., msdiq edilmiş "X1 qaydaları"nm (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla} tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla akt əsasında 787,40 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 790 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb eldiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbini nə ilə əsaslandırdığı məlum deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - etirazdan görünür ki, 07.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən abonent mənzilə məxsus elektrik hesabat sayğacının giriş xəttini zədələyərək kənar xətdən istifadə etməsi halı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 07.07.2021-ci il tarixli, R № 273407 saylı akt əsasında 787,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və aktın düzgünlüyü iddaçı İddiaçı tərəfindən öz imzası ilə təstiq edilmişdir. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla akt əsasında 787,40 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. - Abunə haqqında arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nə 796.72 manat məbləğində borcu vardır. - 07 iyul 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı həmin aktı imzalamışdır. - video materialdan görünür ki, mənzildə kənar xətt aşkar olunmuşdur və bu xəttdən istifadə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, ev 65-də elektrik enerjisindən sayğacdan kənar istifadə etmiş, bununla bağlı hazırda onun 796,72 manat borcu yaranmışdır. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, ev 65-ə iddiaçının adına olan kod üzrə hesablanmış 790 manat məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, ev 65-də iddiaçının adına olan kod üzrə hesablanmış 790 manat məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar