Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7003/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri ödənilməsi tələbinə dair mülki işə 12 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 783 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2019-cu il tarixli MAS-1055 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166712 ban nömrəli, qara rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(060)-732/2021 saylı qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı MMC-nin iddası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 2400.78 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “KHAZAR SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 24.07.2019-cu il tarixli EQ/1710542 saylı protokola görə 80 manat, 06.08.2019-cu il tarixli EQ/1808072 saylı protokola görə 64 manat, 18.08.2019-cu il tarixli EQ/1915956 saylı protokola görə 80 manat, 18.10.2019-cu il tarixli EQ /2369676 saylı protokola görə 16 manat, 31.10.2019-cu il tarixli EQ/2470642 saylı protokola görə 32 manat, 06.11.2019-cu il tarixli EQ/2508080 saylı protokola görə 80 manat, 02.12.2019-cu il tarixli EQ/2685236 saylı protokola görə 64 manat, 06.01.2020-ci il tarixli EQ/2904936 saylı protokola görə 16 manat, 27.01.2020-ci il tarixli EQ/3039266 saylı protokola görə 16 manat, 23.02.2020-ci il tarixli EQ/3200914 saylı protokola görə 32 manat, 23.02.2020-ci il tarixli EQ/3196476 saylı protokola görə 16 manat, 24.02.2020-ci il tarixli EQ/3208085 saylı protokola görə 16 manat, 13. 28.03.2020-ci il tarixli EQ/3402122 saylı protokola görə 16 manat, 28.03.2020-ci il tarixli EQ/3402128 saylı protokola görə 80 manat, 28.03.2020-ci il tarixli EQ/3402231 saylı protokola görə 16 manat, 16.04.2020-ci il tarixli EQ/3466839 saylı protokola görə 16 manat, 19.04.2020-ci il tarixli EQ/3475554 saylı protokola görə 16 manat, 02.07.2020-ci il tarixli EQ/4524402 saylı protokola görə 45 manat, 03.07.2020-ci il tarixli EQ/4530424 saylı protokola görə 9 manat, 03.07.2020-ci il tarixli EQ/4530425 saylı protokola görə 9 manat, 04.08.2020-ci il tarixli AP/175532 saylı protokola görə 64 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı MMC tərəfindən həmin cərimələrə görə ümumilikdə 783 manat məbləğində ödəniş edilmişdir. İddia qanuni və əsas olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə “Azərmaş MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqmda protokol əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərar icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS726955239AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasmda bağlanmış 17 iyul 2019cu il tarixli MAS-1055 saylı “Daxili lizinq müqaviləsi” və həmin müqavilənin tərkib hissəsi olan 01 saylı əlavədən görünür ki, Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166712 ban nömrəli, qara rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan 17.07.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, lizinq obyekti - yəni 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166712 ban nömrəli, qara rəngli avtomobil Satıcı tərəfindən Alıcı və Lizinq alana təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-732/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17.07.2019cu il tarixli, MAS 1055 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 2400.78 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 24.07.2019-cu il tarixli EQ/1710542 saylı protokola görə 80 manat, 06.08.2019-cu il tarixli EQ/1808072 saylı protokola görə 64 manat, 18.08.2019-cu il tarixli EQ/1915956 saylı protokola görə 80 manat, 18.10.2019-cu il tarixli EQ /2369676 saylı protolkola görə 16 manat, 31.10.2019-cu il tarixli EQ/2470642 saylı protokola görə 32 manat, 06.11.2019-cu il tarixli EQ/2508080 saylı protokola görə 80 manat, 02.12.2019-cu il tarixli EQ/2685236 saylı protokola görə 64 manat, 06.01.2020-ci il tarixli EQ/2904936 saylı protokola görə 16 manat, 27.01.2020-ci il tarixli EQ/3039266 saylı protokola görə 16 manat, 23.02.2020-ci il tarixli EQ/3200914 saylı protokola görə 32 manat, 23.02.2020-ci il tarixli EQ/3196476 saylı protokola görə 16 manat, 24.02.2020-ci il tarixli EQ/3208085 saylı protokola görə 16 manat, 13. 28.03.2020-ci il tarixli EQ/3402122 saylı protokola görə 16 manat,. 28.03.2020-ci il tarixli EQ/3402128 saylı protokola görə 80 manat, 28.03.2020-ci il tarixli EQ/3402231 saylı protokola görə 16 manat, 16.04.2020-ci il tarixli EQ/3466839 saylı protokola görə 16 manat, 19.04.2020-ci il tarixli EQ/3475554 saylı protokola görə 16 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, X2 02.07.2020-ci il tarixli EQ/4524402 saylı protokola görə 45 manat, 03.07.2020-ci il tarixli EQ/4530424 saylı protokola görə 9 manat, 03.07.2020-ci il tarixli EQ/4530425 saylı protokola görə 9 manat, 04.08.2020-ci il tarixli AP/175532 saylı protokola görə 64 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 08.06.2021-ci il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 783 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 17 iyul 2019-cu il tarixdə MAS-1055 №li Daxili lizinq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən 03 saylı Əlavədə göstərilən əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-732/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, 17.07.2017-ci il tarixdə “KHAZAR SD” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş, 29.08.2020-ci il tarixdə isə həmin avtomobil cavabdehdən təhvil alınmışdır. Həmin müddətdə yol hərəkəti qaydalarını pozmuş, bununla əlaqədar barəsində çoxsaylı protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən cavabdehə yazılmış cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Lizinq münasibətlərindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin maddələrinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur (747.2). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1). Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (748-2.3). Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5-ci bəndindən görünür ki, təhviltəslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır (5.1). Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır (5.2). Məhkəmə hesab edir ki, iddiaçı – lizinq verən İddiaçı MMC lizinq alan – Cavabdeh lizinq obyekti olan “KHAZAR SD” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olduğu müddətdə törətdiyi inzibati xətalara görə ona təyin edilmiş cərimələri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 783 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tələb edilən cərimənin bir hissəsi “KHAZAR SD” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 adlı şəxs tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği bütövlükdə cavabdehdən tələb etməkdə də haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan, yəni cavabdeh daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30,40 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 783 (yeddi yüz səksən üç) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7003/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7003/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver