Məhkəmə qərarları › İş №2(060)-701/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-701/2023

28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-701/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X19 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, bacısı X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum anası X3 qalan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən sahəsi 18,0 kv.m. olan qarajın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X11 xx.xx.2012-ci ildə, anası X12 isə xx.xx.2013-cü ildə dünyalarını dəyişmişlər. Atasına Sumqayıt şəhər İK-nin XDS-nin 12 aprel 1982-ci il tarixli, 3.119 saylı qərarı əsasında yaşadıqları Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində ümumi sahəsi 18,0 kv.m. olan qaraj ayrılmış və həmin qaraj əvvəlcə valideynlərinin, onların vəfatından sonra iddiaçının faktiki istifadəsində olmuşdur. İddiaçının anası sağlığında, 29 noyabr 2012-ci il tarixdə onun adına vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə əsasında o bütün əmlaklarını iddiaçıya vəsiyyət etmişdir. İddiaçı miras qalan qaraja dair adına vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, ona mirasın qəbulu ilə bağlı müddətin ötürülməsi, həmin müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğum izah edilmişdir. İddiaçının nümayəndəsi, bacısı X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sözügedən əmlak əvvəllər atasının adına olmuş, sonra isə vərəsəliklə anasının adına keçmişdir. Digər qardaşları da mirasın qəbulu müddətinin uzadılmasına etiraz etmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin müqavilə və digər əsasıar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsnıləşdirilməsinin mümkünlüyü barədə arayışına əsasən X5 təqdim etdiyi hüquq müəyyənedici sənədlər X5 mərhum X6 aid olan Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən ümumi sahəsi 18,0 kv.m olan qeyri yaşayış binası (Qaraj) üzərində -mülkiyyət və ya digər əşya hüquqlarının istifadə hüququnun qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. 4 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 389 saylı arayışına əsasən iddiaçı ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır. X1 məxsus olan qaraj onun ölümündən sonra oğlunun istifadəsindədir. Ölüm haqqında şəhadətnamələrə əsasən X12 xx.xx.2013-cü ildə, X11 isə xx.xx.2012-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X10 xx.xx.1960-cı ildə, X9 xx.xx.1964-cü ildə anadan olmuşlar. Onların atası X11, anası isə X7r. xx.xx.2012-ci il tarixli vəsiyyətnaməyə əsasən X12 ona məxsus olan bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli, 667 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X10 tərəfindən Sumqayıt şəhər notariat kontoruna ünvanlanmış ərizədə göstərilmişdir ki, onun atası X11 xx.xx.2012-ci ildə vəfat etmişdir. Onun miras əmlakı qalmışdır. Həmin əmlakdan ona qanunla çatası paydan imtina edir, onun arvadı X4 xeyrinə, öz payını anasına bağışlayır. İş materiallarına Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən qarajın texniki pasportu əlavə edilmişdir. Həmin texniki pasport X4 adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). Göründüyü kimi Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən sahəsi 18,0 kv.m. olan qaraj idiaçının atası X6, daha sonra isə anası X8 məxsus olmuşdur. İddiaçının valideynləri vəfat etmişlər. İddiaçının bacısı və qardaşı mirasın qəbulu müddətinin uzadılmasına etiraz etmirlər. Miras əmlakla bağlı hər hansı mübahisə yoxdur. Bu səbəbdən iddia təmin edilməli, Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən sahəsi 18,0 kv.m. olan qarajın miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən sahəsi 18,0 kv.m. olan qarajın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar