Məhkəmə qərarları › İş №2(060)-7015/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7015/2021

21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7015/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçi İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.05.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X6 onun nənəsidirr. O, 01.05.2018ci ildə vəfat etmişdir. X1 miras qalmış əmlakın qəbulu ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional "ASAN XİDMƏT" mərkəzində notariat ofisinə 28.07.2021-ci ildə müraciət etmişdir. Notariat ofisindən ona verilən imtina məktubunda qeyd olunur ki, Mülki Məcəllənin 1246-cı maddəsinə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. O, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hal-hazırda həmin miras əmlak onun istifadəsində və sahibliyindədir. Lakin qanunun tələbini bilmədiyi üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Hesab edir ki, qeyd olunan səbəblərə görə mirasın qəbulu müddətini ötürməyi üzrlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalıdır. İddiaçı qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvalayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İddiaçı xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. (iş materillarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən) X6 01.05.2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. (iş materiallarına əlavə olunmuş AZ-İ 940786 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) X12 07.07.2019-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. (iş materiallarına əlavə olunmuş AZ-İ 028269 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İşdə olan AZ-İ 678046 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X12, anası isə X7r. İş materiallarında olan İV-ЖГ 320171 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 17.02.1962-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası X10, anası X5r Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinin İddiaçı oğluna ünvanlanmış 28.07.2021-ci il tarixli 2102 saylı məktubunda qeyd edilmişdir ki, 28.07.2021-ci il tarixli notariat ofisinə ünvanlanmış 01.05.2018-ci il tarixində vəfat etmiş X3 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi qeydə alınmış, lakin qanunla müəyyələşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan texniki pasportun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ölçüsü 29 kv.metr olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın sahibi X4r. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X3 adına qeydə alınmışdır. X6 01.05.2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İddiaçı Cabarov X8 Cabbarovanın vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçı Cabarov X8 Cabbarovanın vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 01.05.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. 01.05.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın qəbulu müddətinin buraxılması üzrlü sayılsın və müddət bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar