Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7019/2021 09.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Sumqayıt Regional Asan Xidməti Mərkəzi Notariat ofisinə və Sumqayıt şəhəri 4 saylı DNK-yə qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Sumqayıt Regional Asan Xidməti Mərkəzi Notariat ofisinə və Sumqayıt şəhəri 4 saylı DNK-yə qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri 4 saylı DNK-da 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi brədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. İddiaçı öz iddia tələbini əsaslandırdığı hallara dair (etibarnamə, vərəsəlik işinin materialları) heç bir sənəd iddia ərizəsinə əlavə etməmişdir. Eləcə də hesab edirəm ki, yoxlanılan ərizədə iddia tələbi qeyri müəyyəndir, iddiaçı tərəfindən tələb konkret ifadə olunmamış, vərəsəlik işinin ləğvi göstərilmiş, vərəsəlik işi üzrə mübahisələndirilən sənədlər konkret göstərilməmişdir. Qeyd olunan bu hal iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qəbul edilməlidir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi prosessual sənəd olmaqla qanuna uyğun şəkildə tərtib olunmalı, iddiaçının cavabdehə yönəlmiş tələbi konkret ifadə olunmalıdır. Məhkəmə həmçinin izah edir ki, MPM-nin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi işdə iştirak edən sübutları müstəqil əldə etmək imkanı olmadıqda belə bir vəsatətlə məhkəməyə müraciət edə bilər və sübutu əldə etmək imkanının olmamasını məhkəmədə sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Sumqayıt Regional Asan Xidməti Mərkəzi Notariat ofisinə və Sumqayıt şəhəri 4 saylı DNK-yə qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7019/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7019/2021
09.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver