Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7037/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpağın mülkiyyət şəhadətnaməsində adında, ata adında və soyadında olan yanlışlığa düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı bağ massivində ona məxsus *,24 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi JN-155H saylı, 3*8**118 kodlu və JN- 156H saylı, 3*8**118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə onun adına rəsmiləşdirilmişdir. O, həmin torpaq sahəsini satmaq istəyərkən notariat kontoruna müraciət etdikdə aydın olmuşdur ki, göstərilən sənədlərdə adı, soyadı və ata adı səhvən Ərizəçi deyil, X4 olaraq qeyd edilmişdir. Göstərilən səhvlər əsas götürülərək alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilmişdir. Bu şəhadətnamələrdəki səhvlərin aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarə tərəfindən 3-21-3-31/2-M-*178-35/2*25 saylı, *8 avqust 2*25-ci il tarixli imtina məktubu vermişdir. Bu məktubda uyğunsuzluğun məhkəmə qaydasında həll olunmalı olduğu qeyd edilmişdir. Buna görə də yaranmış uyğunsuzluğun məhkəmə qaydasında həll edilməsi zəruridir. Məhkəmə gedişatında Ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək, özünü ərizəçi, DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsini isə maraqlı şəxs qeyd edərək məhkəmədən JN-156H saylı, 3*8**118 kodlu torpağın mülkiyyət şəhadətnaməsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - JN-155H saylı, 3*8**118 kodlu və JN- 156H saylı, 3*8**118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən görünür ki, X9 ümumilikdə *,24 ha torpaq sahəsi X5, X2, X1, X7 və X6 məxsusdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-M-*178-35/2*25 saylı, *8 avqust 2*25-ci il tarixli məktubundan görünür ki, JN-155H, KOD 3*8**118 və JN-156H, KOD 3*8**118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə "X4” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edilmişdir. Sənədlərdəki adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. - nikah haqqında 47259* saylı şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 xx.xx.1981-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Muradova soyadı verilmişdir. - AZE ******** saylı, fərdi indentifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənəd xx.xx.1963-cü il təvəllüdlü, Ərizəçi məxsusdur. Beləliklə, iş materiallarında qeyd olunmuş, keçmiş DT və XK Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-156H saylı, 3*8**118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində hüquq sahibi kimi X4 qeyd olunsa da, AZE ******** saylı, fərdi indentifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsində həmin şəxs Sadə Mirzəməmməd qızı kimi qeyd olunmuşdur. Ərizəçinin qızlıq soyadı həqiqətən də İsmayılova olsa da, o, X8 ilə xx.xx.1981-ci il tarixdə nikaha girmiş, nikahdan sonra ona Muradova soyadı verilmişdir. Lakin qeyd edilən sənədlərdə ərizəçinin adı və soyadı səhv yazılmışdır. Bununla bağlı o, müvafiq quruma müraciət etsə də, oradan imtina cavabı almış və hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 3*7.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 3*7.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il Qərarının :
6. Azərbaycan Respublikası MPM-nin 3*7.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, JN- 156H saylı, 3*8**118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (paylı mülkiyyət) AZE ******** saylı, fərdi indentifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, işdən görünür ki, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7-ci, 216-22*-ci, 311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
Ərizə təmin edilsin. Keçmiş DT və XK Sumqayıt şəhər şöbəsi tərəfindən *4.11.2**2-ci il tarixdə verilmiş JN- 156H saylı, 3*8**118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (1/5 hissədə) AZE ******** saylı, fərdi indentifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elçin Kazımov