Məhkəmə qərarları › İş №2(060)-704/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-704/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-704/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 069403 saylı akt əsasında əsassız hesablanmış 8540,18 manat borcun **********5 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 oktyabr 2024-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə abunə haqqında çıxarışdan da aydın görünür ki, 069403 saylı akt əasında 8540,18 manat məbləğində əsassız olaraq hesabat aparılmışdır. Aktda qeyd olunub ki, obyektə məxsus sayğacın proqram təminatı pozulmuşdur. Bundan əlavə olaraq obyektə ümümi şitdən kənar xətt çəkilmişdir. Halbuki iddiaçı sayğaca heç bir kənar müdaxilə etməmişdir. Sayğac çöldə yerləşir. Cavabdehiliyi iddiaçı yox, enerjitəchizat müəssisəsi daşıyır və hər ayda mütəmadi olaraq yoxlamalar keçirir. Hər ay sayğacın enerji sərfiyyatı göstəriciləri abunə haqqında çıxarışda da qeyd olunur.Qeyd olunan göstəricilərə əsasən aylıq 50-150 manat arası enerji sərf olunub. İddiaçının sayğaca müdaxilə etməsi barədə heç bir əsaslı sübutları yoxdur. Azərişıq” ASC-nin tərtib etdiyi akt üzrə isə mənə 8540 manat hesabat aparılıb. İddiaçı hesab edir ki, "Azərişıq” ASC tərəfindən 16 oktyabr 2024-cü il tarixdə 069403 saylı akt əsassız olaraq tərtib olunub. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərişıq” ASC-nin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı abunə kodu **********5 olan ünvan 1 ünvanına akt əsasında əsassız hesablanmış 8540,18 manat borcun siliinməsinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus elektik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının proqram təminatı pozulmuş xəttlərdən axan yüklər İ=9A, İ2=10 A, İ3=14 A, obyektə ümümi şitdən kənar xətt çəkilmiş, kənar xəttdən axan yüklər S1=34 A S2=04 S3=57 A. Bu faktla əlaqədar xx.xx.2024-cü il tarixli, AKT R 069403 saylı akt əsasında 8540 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmış eləcə də pozuntu faktının video qeydiyyatı aparılmışdır. İddiaçı məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, abunə kodu **********5 olan iddiaçının ünvan 1 ünvanına 8540,18 manat borc hesablanmışdır. - "xxxx" ASC-nin 069403 saylı, xx.xx.2024-cü il tarixli aktından görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının ekranı açılmır, göstərici oxunmur. - "xxxx" ASC-nin 069403 saylı, xx.xx.2024-cü il tarixli aktından görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuş xəttlərdən axan yüklər İ=9A, İ2=10 A, İ3=14 A, obyektə ümümi şitdən kənar xətt çəkilmişdir, kənar xəttdən axan yüklər S1=34 A S2=04 S3=57 A. - "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli diskə baxış keçirilmiş, cavabdeh tərəfindən təqdim olunan diskdəki sayğaca kənar müdaxilənin iddiaçı tərəfindən edildiyi müəyyən edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunə kodu **********5 olan iddiaçının ünvanına əsassız olaraq hesablanmış 8540,18 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan 057534 saylı, xx.xx.2024-cü il tarixli aktından görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının ekranı açılmır, göstərici oxunmur. Azərişıq” ASC-nin bildirişindən görünür ki, abunəçi İddiaçı 8540,18 manat borcu vardır. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan abunə kodu **********5 olan ünvan 1 ünvanına görə hesablanan 8540,18 manat borc silinməlidir, həmçinin "xxxx" ASC-yə izah edilir ki, Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Hazırda iddia tələbinin təmin edilən həcmi 8540,18 manat olduğundan 105,4 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan abunə kodu **********5 olan ünvan 1 ünvanına görə hesablanan 8540,18 manat borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 105,4 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar