Məhkəmə qərarları › İş №2(060)-7085/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7085/2021

13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7085/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Abbasov Mübariz Telman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı «borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı «borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən onun **********00511 saylı abonə hesabında göstərilmiş 959,54 manat qalıq borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 15.07.2021ci il tarixdə "xxxx"ASC tərəfindən tərtib edilmiş bildirişdə onun 959,54 manat qalıq borcunun olduğu göstərilmişdir. Bu borcun haradan yarandığının müəyyən edilməsi üçün cavabdehə müraciət etdikdə ona onun xəbəri və iştirakı olmadan cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 12.07.2021-ci il tarixli, 023561 nömrəli akt təqdim edilmişdir. Həmin akta əsasən E.E.İ.Q-ya uyğun fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış zamanı sayğac sxemindən kənar xətdən istifadə olunmuşdur. Belə ki, sayğacın çıxış xətti paylayıcıya birbaşa qoşulmuşdur. Xahiş etməsinə baxmayaraq cavabdeh tərəfindən pozuntu nəticəsində itirilmiş enerjinin bərpası məqsədilə hesabatın və onun tərtibatı üçün əsas olmuş qaydaların və təlimatların surətləri ona təqdim edilməmişdir. Həmçinin, aktda mənzilə gedən elektrik enerjisi məhz qurulmuş sayğacda qeydiyyata alındıqdan sonra sayğacın çıxış xəttində mənzilə sayğac sxemindən kənar xətdən istifadə olunduğu göstərilmişdir. Onun tərəfindən istifadə edilən elektrik enerjisinin qurulmuş sayğacda nəzərə alınmadan kənar xətdən mənzilə daxil edilməsi və sayğacın göstərişlərindən artıq elektrik enerjisinin istifadə olunması müəyyən edilməmişdir. Qeyd olunan 959,54 manat borc məbləği əsassız hesablandığı üçün o, borcu ödəməkdən rəsmi olaraq imtina etmiş və onun silinməsini tələb etmişdir. Ancaq cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq ona heç bir rəsmi cavab verilməmiş və qanunsuz olaraq onun hesabında bu məbləğ borc kimi qaldığı üçün indi onun ödənilməsi tələb olunur. Yaranmış mübahisənin həlli üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan “X1 Agentliyi”-nə müraciət etmək təklifi də cavabdeh tərəfindən qəbul edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X2 qaydalarını pozduğuna görə tərtib edilmiş 12.07.2021-ci il tarixli, 023561 nömrəli akt əsasında əsassız hesablanmış 959,54 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 12.07.2021-ci il tarixində "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın çıxış xəttinin paylayıcı şəbəkəyə birbaşa qoşulması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 12.07.2021-ci il tarixli, 023561 saylı akt əsasında 1082,26 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu fakt video çəkilişlə də qeydə alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 12.07.2021-ci il tarixli, 023561 saylı aktın surətindən görünür ki, abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın çıxış xəttinin paylayıcı şəbəkəyə birbaşa qoşulması halı aşkar edilmiş və həmin faktın video çəkilişi məhkəmə tərəfindən baxılmış DVD-R diskdə öz əksini tapmışdır. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, itirilmiş elektrik enerjisinin bərpasına görə İddiaçı 1082,26 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı abonent olaraq EEİQ-nin tələblərini pozmuş və ona görə də 12.07.2021-ci il tarixli, 023561 saylı akt tərtib edilərək, iddiaçıya 1082,26 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı onun tərəfindən mənzilə kənar xətt çəkilməməsini qeyd etsə də, iddiasının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X2 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 8.32-ci maddəsinin 2-ci hisəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı «borcun silinməsi tələbinə» dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı «borcun silinməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar