Məhkəmə qərarları › İş №2(060)-7119/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7119/2022

13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7119/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək JN-0066 KOD 60604028 torpağa mülkiyyət hüququna dair dövlət aktının atası X6, anası X13 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, Ərizəçi xx.xx.1976-cı ildə Azərbaycan Respublikasının Füzuli rayonu, Babı kəndində anadan olmuşdur. Füzuli rayonu Babı kəndində verləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnun qevdiyyata alınmasından imtina edilməsi ilə bağlı ərizəçiyə məktub ünvanlamış və həmin məktubda qeyd olunmuşdur ki, onun ünvan 1ində verləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyvət hüququna dair Dövlət Aktı sənədində hüquq sahiblərindən X5 adının dəyişdirilərək X2, X1 və adının dəyişdirilərək X3 və Ərizəçi Yəhlaq qızının ata adının dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. Daşınmaz Əmlakın Dövlət Revestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyvata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qavdasinda həll edilir . Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Kadastr və X20 Şəxsin 6 saylı Bcvləqan Ərazi İdarəsi müraciətdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından Azərbaycan Respublikası MPM 307.2.5 maddəsinin tələblərinə əsasən qevd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məlikəmə instansiyasına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********43 saylı məktubun mahiyyətindən görünür ki, sözü gedən torpaq sahəsinə aid JN-0066 nömrəli torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" sənədində hüquq sahiblərindən X5 adının dəyişdirilərək X2, X1 və adının dəyişdirilərək X4 və Ərizəçi Yəhlaq qızının ata adının dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 307.2.5 maddəsinin tələblərinə əsasən qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etməyi tövsiyə olunmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X13 xx.xx.2010-cu ildə şəkərli diabet xəstəliyi səbəbindən ölmüşdür. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X7 xx.xx.2010-cu ildə böyrəyin infeksiyası xəstəliyi səbəbindən ölmüşdür. - JN-0066 KOD 60604028 torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin atası X9, anası X15, Ərizəçi Yəhlaq qızı kimi qeyd edilmişdir. - - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuşdur, atası X10, anası X12r. - Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X11 ilə X16 arasında xx.xx.1961-ci il tarixində 10 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi xx.xx.1976-cı ildə Azərbaycan Respublikasının Füzuli rayonu, Babı kəndində anadan olmuşdur. Füzuli rayonu Babı kəndində verləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnun qevdiyyata alınmasından imtina edilməsi ilə bağlı ərizəçiyə məktub ünvanlamış və həmin məktubda qeyd olunmuşdur ki, onun ünvan 1ində verləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyvət hüququna dair Dövlət Aktı sənədində hüquq sahiblərindən X5 adının dəyişdirilərək X2, X1 və adının dəyişdirilərək X3 və Ərizəçi Yəhlaq qızının ata adının dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, JN-0066 KOD 60604028 torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən X5, X8 və Ərizəçi Yəhlaq qızının, ərizəçinin atası X7, anası X13 və özü Ərizəçi ilə eyni şəxslər olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-0066 KOD 60604028 torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən X5, X8 və Ərizəçi Yəhlaq qızının, ərizəçinin atası X7, anası X13 və özü Ərizəçi ilə eyni şəxslər olması faktı müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar