Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-713/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X16, Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X8 nümayəndəsi X13, Qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və vəkili X9, Cavabdeh “Azərkimya” İB-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 və X5 qarşı “kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair ilkin iddia ərizəsi və X4 İddiaçı və “Azərkimya” İB-nə qarşı “orderin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 və X5 qarşı “kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, X10 ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X15 arasında Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzilinin kirayəsinə dair xx.xx.2018-ci il tarixdə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 Vahid Şəmi oğluna və “Azərkimya” İB-nə qarşı “orderin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Üzvi-Sintez İB-nin müdriyyəti, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən, 8/12 saylı yataqxananın 1-ci otağına dair İddiaçı adına verilmiş orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, X11 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağının orderinin onun adına verilməsi qərara alınmışdır. Ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağı Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X22 tərəfindən zəbt edilmiş və həmin şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili xx xxxx 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalatat Birliyi tərəfindən X1 verilmişdir. O, öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli otağa köçüb orada yaşaya bilməmişdir. Bu səbəbdən də o, Sumqayıt şəhər İcra hakimiyyəti nəzdində olan 7 saylı MİS-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8/12 saylı yataqxananın 1-ci otağında yaşamaq hüququnun bərpa olunması barədə məhkəməyə müraciət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilmiş, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2209/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İB-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsinə və qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X23 məhkəmə iclasında ilkin iddia tələbini əsaslı hesab etdi və qarşılıqlı iddia tələbini əsassız hesab edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədn xahiş etdi. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X8 nümayəndəsi X19 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının iddia tələbində mübahisələndirdiyi Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otaq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X8 balansındadır. Həmin yataqxanadakı otaq əvvəlcə iddiaçıya verilsə də, sonradan xx xxxx 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalatat Birliyi tərəfindən X1 verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və vəkili X17 məhkəmə iclasında ilkin iddia tələbini əsassız hesab etdi və qarşılıqlı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3rşı “Kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “X10 ilə cavabdeh Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi arasında Sumqayıt şəhəri, 5-ci mkr, S.Vurğun küç 134- də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzilin kirayəsinə dair xx xxxx 2018-ci il "tarixdə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını” xahiş etmişdir. İlkin iddia ərizəsi ilə tanış olduqdan sonra ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ona mübahisəli yaşayış yerinə order vermiş müəssisəyə qarşı qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsində göstərir ki, “Üzvi-Sintez İB-nin müdriyyəti, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən, 8/12 saylı yataqxananın 1-ci otağının orderinin İddiaçı adına verilməsi qərara alınmışdır.” Order verilən anda yataqxana otağı boş olmamış, orada Cəbrayıl rayonundan məcburi köçkün olmuş X24 tərəfindən zəbt edilmiş və həmin şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra həmin yaşayış sahəsinin mülkiyyətçisi Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalatat Birliyi, faktiki və hüquqi cəhətdən boş otağa dair X10 ilə xx.xx.2018-ci ildə sosial kirayə müqaviləsi bağlamışdır. Deməli halhazırda da, otaq faktiki və hüquqi cəhətdən yüklüdür. Orderin etibarsız hesab olunması ilə bağlı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi müəyyən edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1993-cü ildə order verilərkən yaranmış münasibətlər 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzim olunur. Həmin Məcəllənin 48-ci maddəsi müəyyən edir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehə order verilərkən mənzil faktiki cəhətdən boş olmamışdır. Bu baxımdan göstərilən maddi norma tətbiq olunmalı və order etibarsız hesab olunmalıdır. Orderin etibarsızlığı 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzim olunur. Həmin Məcəllənin 49-cu maddəsi müəyyən edir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələləsinin həllində vəzifəli şəxsləri hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı order verilərkən, orderi verən vəzifəli şəxslər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələblərini pozmuşlar. Onlar yataqxana otağının artıq məcburi köçkün tərəfindən zəbt olunduğunu bildikləri halda, həmin otağa order yazmışlar. Onuda qeyd etmək istəyir ki, əvvəlki məhkəmə mübahisələrindən X4 məlumatı olmamış və hal-hazırda iddia ərizəsi ilə tanış olduqdan sonra X5 məlum olmuşdur ki, ilkin iddia üzrə İddiaçı 1993-cü ildən order verilmişdir. İddia müddətinin axımı 2020-ci ilin oktyabr ayından hesablanmalıdır. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Azərkimya” İB-nin nümayəndəsi X20 məhkəmə iclasında göstərdi ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı X11 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən ilkin İddiaçı verilmişdir. Həmin order verilərkən, otaq boş olmuş və order verilərkən qanunvericiliyin tələbinə tam əməl edilmişdir. Ona görə də, hər hansı birə qərarın verilməsini məhkəmənin mülahizəsinə verdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş “Üzvi-Sintez” İB-nin xx.xx.1993-cü il tarixli, 1 saylı protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən tərtib edilmiş akdan görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağında X25 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış, 2018-ci ilin may ayının 25-də isə vəfat etmişdir. Həmin ünvanda bu şəxsdən başqa heç kim yaşamamışdır. Ölən günə kimi bu ünvanda tək yaşamışdır. İş materiallarında olan orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı X1 verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7178/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X6rşı İddiaçı Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağında yaşamaq hüququnun bərpa olunması barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3971/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7178/2018 saylı, xx.xx.2018ci il tarixli qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2209/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X8 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən göründüyü kimi, hər iki iddia tələbində mübahisəli yataqxana otağına dair verilmiş orderin etibarsız hesab edilməsi xahiş olunur. Məhkəmə, orderin ilk öncə İddiaçı verilməsi və bu orderin mübahisəsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin olduğunu nəzərə alaraq ilk öncə iş üzrə qarşılıqlı iddia tələbinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilmiş order əvvəllər mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair İddiaçı adına verilmiş order etibarsız hesab edilə bilməz. İlkin iddia tələbi ilə bağlı isə məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı order əsasında İddiaçı məxsus olduğu halda, həmin otaq xx.xx.2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinə əsasən X5 verildiyinə görə həmin kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, X10 ilə cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X15 arasında Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair xx.xx.2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilməli və X4 İddiaçı və “Azərkimya” İB-nə qarşı “orderin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. X10 ilə cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X15 arasında Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair xx.xx.2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilsin. X4 İddiaçı və “Azərkimya” İB-nə qarşı “orderin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-713/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-713/2021
04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver