Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7174/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və onun təsisçisi X1 qarşı əmək haqqının tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və onun təsisçisi X1 qarşı əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisi ( işə götürən ) Cavabdeh2 üzərinə qoyulması, TURKAZ PLAST” MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının yaratdığı hüquqi nəticələrin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən nəzərə alınması ( İddiaçı münasibətdə ), əmək müqaviləsinə xitam verilənə qədər bütün müddətlər üçün aylıq əmək haqqlarının cavabdeh şirkətdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1 MMCnin təsisçisi (işə götürən) Cavabdeh2 barəsində “xüsusi qərardad” qəbul edib, aidiyyatı üzrə prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişlərə əsasən) xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və onun təsisçisi X1 qarşı əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7174/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7174/2022
02.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver