Məhkəmə qərarları › İş №2(060)-7219/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7219/2021

10.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7219/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri 1 saylı notariat kontoruna anası X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. ünvan 1 ünvanladığı 31 may 2020-ci il 431 №-li imtina məktubunda qeyd etmişdir ki, 12.05.2020ci il tarixli, 24.09.2008-ci ildə vəfat etmiş anası X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsinə baxılmış və göstərilən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Səbəb olaraq göstərilmişdir ki, anası 24.09.2008-ci ildə vəfat etməsinə baxmayaraq miras əmlakın qəbulu barədə notariat kontoruna ərizə ilə müraciət edilməmişdir. Miras əmlakının qəbulu üçün müddəti yalnız məhkəmə üzürlü sayarsa, bərpa edə bilər. Anası X6 24.09.2008-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi B.Qayıbov küçəsi 13 saylı ev anasından ona miras qalmışdır. Belarusiya vətəndaşı olduğundan anasının dəfnindən sonra Belarusiya Respublikasına qayıtmış, hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Düşünmüşdür ki, anasının yeganə övladı olduğu üçün istənilən vaxt mirası qəbul edə bilər. Yalnız 2020-ci ilin may ayında Sumqayıt şəhər 1 saylı Notariat kontoruna müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən anası X1 qalmış miras əmlaka dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Mirzəyev Vüsal Qiyas oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddian təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı Belarusiyada yaşadığı və xəstə olduğu üçün müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Mirzəyev Vüsal Qiyas oğlunun izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat kontorunin notariusu tərəfindən İddiaçı ünvanlanmış 31.05.2020-ci il tarixli, 431 nömrəli məktubdan görünür ki, İddiaçı 24.09.2008-ci il tarixində vəfat etmiş anası X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsinə baxılmış və göstərilən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Belə ki, anası 24.09.2008-ci ildə vəfat etməsinə baxmayaraq indiyə qədər miras əmlakın qəbulu barədə notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Miras əmlakının qəbulu üçün müddəti yalnız məhkəmə üzürlü sayarsa, bərpa edə bilər. Qeyd edilənləri və Notariat haqqında qanunun 40-cı maddəsinə əsasən ona vərəsəlik haqda şəhadətnamə verilməsindən imtina olunmuş və müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 24.09.2008-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan Vİ-ЖГ seriyalı 385160 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1968-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3, anası X4r. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, 2008-ci ildə vəfat etmiş X2 vəfatından sonra iddiaçı Rəcəbov X5 vətəndaşı olması və orada yaşaması ilə əlaqədar anasına məxsus Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi B.Qayıbov küçəsində yerləşən 13 saylı evin miras qismində verilməsi prosesinə həmin ərəfədə gedə bilməmişdir. Bu səbəbdən mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı anası X1 miras qalmış əmlaka dair müddətin ötürülməsi üzrlü hesab edilməli və mirasın qəbul edilmə müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı anası X1 miras qalmış əmlaka dair müddətin ötürülməsi üzrlü hesab edilsin və mirasın qəbul edilmə müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar