Məhkəmə qərarları › İş №2(060)-7233/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7233/2021

16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7233/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Məmmədov Fuad Oruc oğlunun iştirakı ilə, İddiaçı Cəfər qızının cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəfər qızı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 miras qalmış, seriya MH, ******* №-li çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsus olmuş Saray bağlar massivi, 0,1058 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 58,05 kv.m yaşayış, 19,25 kv.m köməkçi sahədən ibarət olan 3386 nömrəli bağ evi barəsində mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum iddiaçının həyat yoldaşıdır. Həyat yoldaşı X5 15 may 2020-ci il tarixdə kəskin ağ ciyər emboliyası xəstəliyindən dünyasını dəyişmişdir. Mərhumdan Saray bağlar massivi, 0,1058 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 58,05 kv.m yaşayış, 19,25 kv.m köməkçi sahədən ibarət olan 3386 nömrəli bağ evi miras qalmışdır. Həmin bağ sahəsi bugünə qədər ailəsi tərəfindən faktiki istifadə və sahibliyində olmuşdur. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ididia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi 10.10.2009-cu il tarixli çıxarışdan görünür ki, Saray bağlar massivi, 0,1058 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 58,05 kv.m yaşayış, 19,25 kv.m köməkçi sahədən ibarət olan 3386 nömrəli bağ evinin mülkiyyətçisi mərhum X4r. -ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki X5 13.05.2020-ci il tarixdə kəskin ağ ciyər emboliyası xəstəliyi səbəbindən ölmüşdür -nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 ilə İddiaçı Cəfər qızı arasında 14.11.1984-ci il tarixli, 1089 saylı nikah qeydi vardır. -Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanmış 16 iyun 2021-ci il tarixli, 1691 nömrəli məktubundan görünür ki, 13.05.2020-ci ildə ölmüş X2 Saray bağlar massivi, 0,1058 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 58,05 kv.m yaşayış, 19,25 kv.m köməkçi sahədən ibarət olan 3386 nömrəli bağ evi miras əmlakının qəbulu ilə əlaqədar müddəti ötürmüşdür. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum əri X3 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığı üçün mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən 3 ay ərzində olduğunu bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı Cəfər qızı X2 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçının mərhum X2 qanun üzrə birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 13.05.2020-ci ildə ölmüş X1 miras qalmış əmlakın İddiaçı Cəfər qızı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X1 miras qalmış, seriya MH, ******* №-li çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsus olmuş Saray bağlar massivi, 0,1058 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 58,05 kv.m yaşayış, 19,25 kv.m köməkçi sahədən ibarət olan 3386 nömrəli bağ evi barəsində mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar