Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7241/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Məhkəmə iclas katibi X2 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yataqxanada 15, ev 42, otaq 30-a dair elektrik enerjisindən istifadəyə görə olaraq hesablanmış 1143 manat 39 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yataqxanada 15, ev 42, otaq 30 onun istifadəsində və sahibliyindədir. O, həmin evdə qeydiyyatdadır və həmin evdə də yaşayır. Həmin evi 2009-cu ildə Feyziyev Nazənindən almışdır. Həmin şəxs məcburi köçkündür. Cavabdeh tərəfindən həmin mənzilə dair əsssız olaraq 1143 manat 39 qəpik məbləğində borc hesablanmışdır. Həmin borc 31 dekbr 2016-cı il tarixə kimi yaranmış borcdur. Məhkəmə hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə Sumqayıt şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(105)-2336/2022 saylı qətnamələri təqdim edərək, iş üzrə qanuni qüvvəyə minmiş qətnamələr olduğu üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materillarını araşdırıb, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3848/2023 saylı 17 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(060)-2336/2022 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təstiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261-262-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(060)-7241/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7241/2023
06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver