Məhkəmə qərarları › İş №2(060)-7296/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7296/2024

19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7296/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh, 2 saylı Sumqayıt Regional “Asan Xidmət" Mərkəzində notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın qəbulu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, 2 saylı Sumqayıt Regional “Asan Xidmət" Mərkəzində notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın qəbulu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X1 qanun üzrə vərəsəsi kimi tanınmağı, miras əmlakın - Sumqayıt şəhəri, “Samur- Aberon” kanalının şimalı, yeni yaşayış massivi, 4-cü məhəllə, 86 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinin qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, mirasın əmlaka onun payının tanınması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası növbəti dəfə xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh, 2 saylı Sumqayıt Regional “Asan Xidmət" Mərkəzində notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın qəbulu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar