Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7306/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı əmrə dəyişiklik edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - iddiaçı) Maraqlı şəxsnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1993-cü il tarixli, 384 nömrəli əmrində göstərilən " xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixədək 702, 706, 896, N nömrəli hərbi hissələrə qoşun təcrübəsi keçmək üçün göndərilən şəxsi heyətin siyahısında olan Ümumqoşun fakültəsinin 2-ci kursunun kursantı B.F.V adının düzəliş edilərək onun B.F.B oğlu yəni (Ərizəçi) ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (149.2.2.). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.) MPM-də göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işə məhkəmə xüsusi icraat qaydasında baxır (305.1.1.). İddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, iddiaçı, Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1993-cü il tarixli, 384 nömrəli əmrində adının səhv yazılması səbəbindən həmin əmrə düzəliş edilməsini istəyir. Belə olan halda o, özünü ərizəçi, müvafiq orqanı isə maraqlı şəxs kimi qeyd etməklə, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməli idi. Lakin, o özünü iddiaçı, müvafiq orqanı isə cavabdeh kimi göstərməklə əmrə düzəliş edilməsi tələbini irəli sürmüşdür ki, mülki məhkəmə icraatı qaydasında belə bir tələbə baxıla bilməz. Əgər iddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin müvafiq əmrini mübahisələndirirsə, bununla bağlı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Hazırkı ərizə isə müvafiq forma və məzmuna riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı əmrə dəyişiklik edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi iddia ərizəsinin verilməsi üçün 22469 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7306/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7306/2022
10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver