Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7311/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 9 ünvanında yerləşən 11 saylı mənzilə dair əsassız olaraq hesablanmış 304 manat 42 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. ünvan 2 ünvanında yerləşən 11 saylı mənzil xüsusi mülkiyyətindədir. Hazırda cavabdeh "xxxx" ASC tərəfindən sözügedən mənzilə 304 manat 42 qəpik borc hesablanmışdır. Qeyd edir ki, həmin borc dondurulmuş borcdur. Həmin məbləğ silinməli olduğu halda cavabdeh tərəfindən dondurulmuşdur. Həmin müddətdən də ödənişlər vaxtında ödənilir. Göstərilən borcdan başqa heç bir borc yoxdur, ondan borcun ödənilməsi də tələb olunmur. Lakin gələcəkdə mənzil ilə bağlı hər hansı hüquqlar həyata keçirilən zaman bu borc ona müəyyən dərəcədə çətinliklər yaradacaq və ödəmə məcburiyyətində qalacaqdır. Qeyd edir ki, mənzil əvvəlcə həyat yoldaşının mülkiyyətində olmuş, ölümündən sonra onun mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçının mənzili xx.xx.2001-ci il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2007-ci il tarixində mənzilə DDS-26 tipli zavod nömrəsi ********** olan elektrik hesabat sayğacı quraşdırılaraq abonentin istifadəsinə verilib. Həmin tarixdən xx.xx.2022-ci il tarixədək elektrik hesabat sayğacı dəyəri 1243,05 manat təşkil edən 30065 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmiş, istehlak edilmiş elektrik enerjisinin dəyərindən 947 manat ödəniş etmiş və hal-hazırda iddiaçının elektrik enerjisindən istifdəyə görə 295,42 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtıvaxtında,şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin bildirdi ki, mübahisələndirilən borc məbləğinin bir hissəsi Azərenerji dövrünə, yəni 2015-ci ilin fevral ayınadək, az miqdarı isə 2015-ci fevraliyul ayları üzrə yaranmış borcdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********00511 olan abunə hesabında (Babayev İ) xx.xx.2022-ci il tarixə ETAİS-dən qalıq borc 295,42 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 9 ünvanında yerləşən 11 saylı mənzili (Yeni qaydalarla: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi 47, M2, m1) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Mülki Məcəllənin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən arayışın məzmunundan göründüyü kimi mübahisələndirilən borc məbləği 2015-ci ilin fevral-iyul ayları üzrə yaranmış borc olmaqla borcu tələb etmə müddəti ötmüşdür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının hazırda mövcud borcu 295,42 manat məbləğindədir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi əsaslıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən 30 manat dövlət rüsumu "xxxx" ASC-dən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-yə aid **********00511 saylı abunə hesabından 295,42 (iki yüz doxsan beş manat, qırx iki qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməməlidir. 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-dən dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7311/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7311/2022
23.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver