Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7390/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Mustafayev Rəşad Fazil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «miras əmlakın qəbul müddətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «miras əmlakın qəbul müddətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 29.08.2005-ci ildə vəfat etmiş atası X3 məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” BY 58 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü heasb edərək müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, X6 onun atasıdır, bu faktı 31.08.1982-ci ildə verilmiş 444025 saylı “doğum haqqında şəhadətnamə” və AA ******* saylı şəxsiyyət vəsiqəsi təsdiq edir. Atası 2005-ci ildə “ağ ciyər ödemi” xəstəliyindən dünyasını dəyişmişdir. Bunu 14.10.2005-ci il tarixli, 170225 saylı “ölüm haqqında şəhadətnamə” təsdir edir. Atasının vəfatı tarixində mülkiyyətində Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” BY 58 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi vardır. Bu barədə mərhumun adına 30.12.2015-ci ildə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsini atasının vəfatından sonra qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə mirası qəbul etmək üçün müraciət etmiş, lakin mirasın qəbulu müddətini buraxdığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Mustafayev Rəşad Fazil oğlu göstərdi ki, iddiaçı onun bacısıdır, onların arasında miras əmlaka dair heç bir mübahisə yoxdur. Belə ki, miras əmlak faktiki olaraq iddiaçı tərəfindən qəbul edilmişdir. Ona görə də digər vərəsələr də miras əmlakın iddiaçının adına keçməsinə razıdırlar. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının atası X6 29.08.2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə anadan olmuşdur, atası X4r. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” BY 58 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 26.07.2021-ci il tarixli, 2058 nömrəli məktubdan görünür ki, iddiaçının atası X2 vəfatından sonra qalmış miras əmlaka dair qanuni vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün miras əmlakın qəbuluna dair ərizəsi 26.07.2021-ci il tarixində qeydə alınmış və ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin araşdırılan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı atası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı atası X1 qalmış miras Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” BY 58 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7390/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7390/2021
24.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver