Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7402/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun istifadəsindədir. Artıq uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır. Heç vaxt kommunal ödənişləri ilə bağlı gecikməsi olmamışdır. Hamısını vaxtı-vaxtında ödəmişdir. Həmin fərdi evə dair **********10210 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. 15.04.2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı evə gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li, 15.04.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən, G-4 markalı, 10576935 № li sayğac ZENNER tipli G-4 markalı **********9 №li sayğacla əvəzləmişlər. Köhnə sayğac onun şahidliyi ilə çıxarılmışdır. Bir neçə müddət sonra evə qaz bildirişi gələrkən qaza 245.30 manat məbləğində borcu olduğundan xəbərdar olmuşdur. Sumqayıt qaz idarəsinə yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışmış, orada cavabdeh əməkdaşların xəbəri olmadan çıxarılan sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.06.2021-ci il tarixli, ******* № li akt tərtib etdikləri məlum olmuşdur. Həmin aktda sayğacın hesablanma mexanizminə maneə törədilməsinin mümkünlüyü və dəymiş ziyanın hesablanması da qeyd edilmişdir. Bunun nəticəsi olaraq həmin akt əsasında sayğaca görə 245.30 manat və sayğacın dəyəri olan 64.67 manat məbləğində borc yaranmışdır. Köhnə sayğac evindən 300 m aralıda yəni başqa küçədə quraşdırılmışdır. Onun xəbəri olmadan küçədən keçən hər hansı bir naməlum maşın sayğacın yuxarı hissəsini əzmişdir. Lakin buna baxmayaraq sayğac öz qaydasında işləyir, ay ərzində istifadə olan qaz sərfiyyatına görə hesablanmış borcu ödəmiş, nə özü, nə ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Çıxarılarkən sayğacın plombu əməkdaşlar tərəfindən açılmışdır, belə bir hal olmuş olsa idi, elə ordaca akt tərtib olunardı. Üzərindən müəyyən vaxt keçdikdən sonra borcunun olması barədə məlumat əldə edə bilmişdir. Labaratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Belə ki, sayğac çıxarılandan 2 ay sonra bu akt tərtib olunmuşdur. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmiş, ödənişləri vaxtı vaxtında etmişdir. Sayğac labaratoriyaya aparılanda belə əməkdaşlar sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə olunması ilə bağlı sübut aşkar etməmişlər. Labaratoriyanın rəyi isə sadəcə fərziyədir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki qaz sayğacı evdən çox aralıda quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarnın nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayağaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalıyır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən ünvan 1ə dair qaz sayğacına görə tərtib olunmuş 30.06.2021-ci il tarixli, ******* №-li akt əsasında yaranmış 245,30 manat və sayğacın dəyəri olan 64,67 manat məbləğində, ümumilikdə 309,97 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının yaşadığı evə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz olunaraq dövlət yoxlamasına göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən 216 manat cərimə hesablanıb. Bu səbəbdən itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış ziyan iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan «Azəriqaz» İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 15.04.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının mənzilində sayğacın plastmas qapağı kənar təsir nəticəsində sınmışdır. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 30.06.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 2160 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.06.2021-ci il tarixli aktın surətindən görünür ki, 30.06.2021-ci il tarixdə İddiaçı ünvanında qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 29.06.2021-ci il tarixli, 29/1710-02188-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağının qırıq olması aşkar edilmiş və sayğacın istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanına İddiaçı təbii qazdan istifadəyə görə 216 manat məbləğində borcu var. İş materiallarında olan 13.08.2021-ci l tarixli 01/01MS-11-964 saylı Sayğacın Dövlət yoxlamasının bildirişindən görünür ki, abonentin ünvanında olan G-4 markalı 10576935 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağının sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, plombunun qırılmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, sayğac iddiaçının yaşadığı evdən kənarda quraşdırıldığından, iddia tələbi qismən təmin edilməli, ünvan 1ə itirilmiş qazın bərpası məqsədilə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 30.06.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 216 manat və sayğacın dəyəri olan 64,67 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 30.06.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 216 (iki yüz on altı manat) manat və yeni quraşdırılmış sayğacın dəyəri olan 64,67 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7402/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7402/2021
10.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver