Məhkəmə qərarları › İş №2(060)-7420/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7420/2021

25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7420/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X4n pozulması haqqında” 22.09.2020-ci il tarixli, ******* №-li Akta əsasən qeyd edilən 135 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64.67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 9/6 nömrəli evin , 2 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən tərtib edilən aktlarda həyat yoldaşı X1 adı qeyd edilmişdir. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 22.09.2020-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Mənzildən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X5 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 22.09.2020-ci il tarixli, MSK- 29/1710-01402-1 saylı akta əsasən müəyyən edilmişdir ki, “Sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzildiyindən” sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. “Təbii X4n pozulması haqqında” 22.09.2020-ci il tarixli ******* №-li Akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişlər və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və Aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyildir. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Cavabdeh tərəfindən abonentin saldosunda qeyd edilən 135 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon , 9/6 nömrəli evin , 2 saylı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* nömrəli, 22.09.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 9/6 nömrəli evin , 2 saylı mənzildən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzildiyi aşkar olunmuşdur. İş materiallarında olan 22.09.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 9/6 nömrəli evin , 2 saylı mənzilə 1350 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 9/6 nömrəli evin , 2 saylı mənzilinə 135 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-942 nömrəli, 11.08.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 9/6 nömrəli evin 2 saylı mənzilindən çıxarılmış sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzildiyi üçün sayğac istismara yarasız kimi qiymətləndirildiyindən 64.67 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X4”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddi təmin olunmalı “Təbii X4n pozulması haqqında” 22.09.2020-ci il tarixli, ******* №-li Akta əsasən qeyd edilən 135 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat borc silinməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 3-cü mikrorayon 9/6 nömrəli evin 2 saylı mənzilinə (abunə kodu: **********0020) “Təbii X4nın pozulması haqqında” 22.09.2020-ci il tarixli, ******* №-li akt əsasında 22.09.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesablanmış 135 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar