Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7470/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakda payların bərabər pay hüququ üzrə faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakda payların bərabər pay hüququ üzrə faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış 1958-ci ildə inşa edilmiş, 8 sot torpaq sahəsində, ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi miras əmlakın 05 may 2003-cü il tarixdən etibarədən iddiaçı, İddiaçı və Cavabdeh1 tərəfindən bərabər pay hüququ üzrə faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə qeyd edir ki, müvafiq tələb ilə müraciət iddia ərizəsi formasında deyil, faktın müəyyən edilməsi barədə ərizə formasında edilməli və ərizəyə xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2.-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakda payların bərabər pay hüququ üzrə faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(060)-7470/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7470/2023
22.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver