Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7484/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı «əsassız və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı «əsassız və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 16/40 saylı evin, 48 nömrəli mənzilinə cavabdeh tərəfindən tərtib edilmiş 30.09.2020-ci il tarixli akta əsasən hesablanmış 442.96 manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 2-ci mkr, 16/40 saylı evin, 48 saylı mənzili 07.01.1987-ci il tarixli, 11/144 saylı orderə əsasən ona verilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh Azərişıq ASC-nin əməkdaşları 30.09.2020-ci il tarixdə, 193284 saylı akt tərtib etmişlər. Hesab edir ki, cavabdehin əməkdaşlarının tərtib etdiyi akt və akta əsasən hesablanmış 442.96 manat məbləğində borc əsassız və qanunsuzdur. Onun həmin aktdan xəbəri olmayıb. Akt onun iştirakı olmadan tərtib olunub. Bu da qanunverciliyin tələbinə ziddir. Çünki o, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Qeyd edir ki, o və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Yaşadığı mənzilin elektrik sayğacı mənzildən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o məsuliyyət daşımır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 30.09.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus evin elektrik hesabat sayğacına baxış keçirərkən sayğacın qızma nəticəsində göstəricisi əriyərək oxunmaması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq 30.09.2020-ci il tarixli, 193284 saylı akt tərtib edilərək 338,31 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydalarının (EEİQ) 8.15-ci bəndinin (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərli ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bı xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrin görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.”) tələblərinə uyğun olaraq abonentin qidalandıran elektrik naqil cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, 338.31 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 442,96 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə iddia tələbini nə ilə əsaslandırdığı məlum deyildir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. İddiaçı X1 qaydalarını pozduğuna görə tərtib edilmiş 30.09.2020-ci il tarixli, akta əsasən hesablanmış 442.96 manat borcun silinməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mkr, 16/40 saylı evin, 48 saylı mənzili 07.01.1987-ci il tarixli, 11/144 saylı orderə əsasən İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 01-50-/M-132/008 nömrəli, 15.01.2021-ci il tarixli məktubdan görünür ki, X1yə görə mənzilə hesablanmış borcun araşdırılması barədə “Şimal” X3 və Satışı İdarəsinə ünvanlanmış ərizəyə (D.O. № M-132, 19.11,2020) baxılmış və bildirilmişdir ki, enerji təchizatı təşkilatının əməkdaşları tərəfindən 30.10.2020-ci il tarixində elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması vəziyyətinə baxış keçirilərkən mənzilə məxsus elektrik hesabat sayğacı qızma nəticəsində sayğacın göstəricisinin əriyərək oxunmadığı aşkar edilmiş və 193284 saylı akt tərtib olunmuşdur. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 3217 kVts (338.31manat) sərfiyyat qarşılıqlı hesablaşmaya daxil edilmişdir. 01.10.2020-ci il tarixində VİKO-M580DB0T tipli ******* nömrəli sayğac quraşdırılaraq istismara verilmişdir. Aktın tərtibatı və itirilmiş enerjinin bərpası ilə bağlı hesabat “Qaydalar”ın tələblərinə uyğun olduğundan onlara yenidən baxılması üçün əsas yoxdur. 14.01.2021-ci il tarixə enerjitəchizatçı təşkilata abonentin 442.96 manat borcu olduğu və ödənişin təmin edilməsi bildirilmişdir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi borc məbləğinin yaranmasına əsas olan akt elektrik hesabat sayğacının qızması nəticəsində sayğacın göstəricisinin əriyərək oxunmadığı aşkar edildiyinə görə tərtib edilmişdir. Halbu ki, həmin sayğac mənzildə deyil, pilləkən meydançasında quraşdırılmışdır. Belə olan halda və «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən iddiaçı elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımır. Bundan başqa elektrik sayğacının qızması və bunun nəticəsində sayğacın göstəricisinin əriyərək oxunmaz hala düşməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Bununla belə, işdən görünür ki, İddiaçı mənzilinə qeyd olunan akta əsasən 338.31 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı qızına məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, 16/40 saylı evin, 48 nömrəli mənzilinə qeyd olunan akta əsasən hesablanmış 338.31 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 16/40 saylı evin, 48 nömrəli mənzilinə (Abunə kodu: **********01588) 30.09.2020-ci il tarixli akta əsasən hesablanmış 338.21 (üç yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7484/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7484/2021
04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver