Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7497/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı Sumqayıt “ASAN xidmət” Notariat Ofisini üçüncü şəxs qismində cəlb etməklə «miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasında miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt “ASAN xidmət” Notariat Ofisini üçüncü şəxs qismində cəlb etməklə «miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasında miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0237 ha torpaq sahəsindən ibarət olan miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasıında miras əmlakdan payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa əməl edilməmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə «miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasında miras əmlakdan paylarının müəyyən edilməsi» tələbi ilə müraciət etmişdir. Hesab edirəm ki, irəli sürülən tələblərə bir icraatda baxıla bilməz. Göstərilən məsələlərin həlli qaydası qanunvericiliyin göstərişlərinə əsasən ayrı icraat növlərinə- iddia (vərəsələr arasında miras əmlakdan paylarının müəyyən edilməsi) və xüsusi icraat (miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi)- aid olmaqla baxılma qaydaları prossesual baxımdan fərqləndirilmişdir. Odur ki, mümkünlüyü yoxlanılan iddia üzrə tələblərə bir icraatda baxılması yol verilməz olduğundan ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 152.1, 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı Sumqayıt “ASAN xidmət” Notariat Ofisini üçüncü şəxs qismində cəlb etməklə «miras əmlakın qəbul edilməsi faktının və vərəsələr arasında miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7497/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7497/2022
18.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver