Məhkəmə qərarları › İş №2(060)-759/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-759/2022

04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-759/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4qayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisi ünvanında yerləşən fərdi evin istifadəçisi odur. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda ünvan səhvən ünvan 2z” İstehsalat Birliyinin ünvan 4qayıt QİS-nin əməkdaşları tərəfindən fərdi evinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.09.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və X5 Kalibriləşmə Labaratoriyasında yoxlama keçirilmiş və 30.04.2021-ci il tarixli, MSK-29/1710-01567-1 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın LCD ekranı əsas çap vərəqinə birləşən hissədən zədəlidir və LCD ekrana əsas çap vərəqinin üzərinə birləşik vəziyyətdə olmadığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 17.05.2021-ci il tarixli, ******* №-li akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 185.73 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qaz sayğacı fərdi evin bayır divarının (hasarın çölündə) yerləşir. Sayğaca edilən hər hansı bir müdaxiləyə görə o, günahkar deyildir. Bu səbəbdən də tələb olunan 216 manat borcu və sayğacın dəyərinə görə hesablanmış 185.73 manatı əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən 216 manat borc və sayğacın dəyərin görə hesablanmış 185.73 manatın silinməsi barədə qətnamə qət edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 17.05.2021-ci il tarixli, ******* №-li akta əsasən 216 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 izahatında bildirdi ki, sayğaca ödənişlər etdiyi zaman hesabından məbləğlər çıxılan zaman müraciət etmiş, ona sayğaca müdaxilə olunduğu bildirilmişdir. Qış aylarında 50 manat, yaz aylarında isə daha az məbləğlərdə ödəniş etmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş akta görə o və həyat yoldaşı cavabdehlik daşımır. Ona görə ki, sayğac mənzildən bayırda quraşdırılıb, akt əsassızdır. İddia tələbini müdafiə etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş, təlimata uyğun olaraq dəyişdirilərək laboratoriyaya göndərilmiş, sayğac barədə rəy verilmişdir. Bu səbəbdən məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 17.05.2021-ci il tarixli aktın surətindən görünür ki, 27.04.2021-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş G-4 markalı 1202AQ**********8 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın elementinin bitdiyindən sayğaca müvəqqəti element quraşdırılmışdır. LCD ekran açmamış, sayğacın LCD ekranı əsas çap vərəqinə birləşən hissədən zədəli olduğu, birləşik vəziyyətdə olmadığı aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan 18.05.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 18.05.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 2160 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 23.09.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, iddiaçının mənzilində quraşdırılmış sayğac yeni sayğacla əvəz edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin ünvan 4qayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, abonentə ünvan 4qayıt QİS-i bildirmişdir ki, ünvanda olan G-4 markalı 1202AQ**********8 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın LCD ekrana əsas çap vərəqinə birləşən hissədə zədəlidir. LCD ekrana əsas çap vərəqinin üzərinə birləşən hissədən birləşik vəziyyətdə olmadığından sayğac istismara yarasız kimi qiymətləndirilmiş, müdaxilə edilmiş sayğacın dəyəri 185.73 manat ABB ünvan 4qayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməli olduğu və ödəniş qəbzinin surətinin isə ünvan 4qayıt QİS-nə təqdim edilməli olduğu bildirilmişdir. Əks təqdirdə ünvan 4qayıt QİS-si tərəfindən X3 müraciət olunması qeyd olunmuşdur. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 30 aprel 2021-ci il tarixli, MSK-29/1710-01567-1 saylı aktın surətindən görünür ki, ünvandan çıxarılmış sayğacın LCD ekrana əsas çap vərəqinə birləşən hissədə zədəlidir. LCD ekrana əsas çap vərəqinin üzərinə birləşən hissədən birləşik vəziyyətdə olmadığından sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğaca baxış zamanı müəyyən edilmişdir ki, sayğacın elementi bitib, müvvəqəti element quraşdırılmış, LCD açmamış, sayğacın LCD ekranı əsas çap vərəqinə birləşən hissədən birləşik vəziyyətədə deyildir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat cərimə qismində hesablanmış borc və 185,75 manat sayğac borcu tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 216 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat məbləğində pulun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 17.05.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 216 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat borc abonentin hesabından (abonent kodu **********00000) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüünvan 4u, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüünvan 4unun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüünvan 4u alınmalıdır. Belə ki, «Dövlət rüünvan 4u haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüünvan 4u ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüünvan 4unu ödəməkdən azad edilmişsə, dövlət rüünvan 4u iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 17.05.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 216 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat borc abonentin hesabından (abonent kodu **********00000) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüünvan 4u alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 4qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 4qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar