Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7640/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti onun barəsində tamamilə əsassız olaraq hesablandığı 137,55 manat məbləğində olan borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, O. Artıq uzun zamandır ki, Novxanı bağları, ev (bina) 0020, mənzil 3451 ünvanında yerləşən yaşayış evində yarayır. Təxminən 1 ildir ki, ondan xəbərsiz olaraq Azərişıqın işçiləri gələrək yaşadığı evin işıq saygacını dəyişmişlər. Nəticədə ona 10 noyabr 2022-ci il tarixli 275859 nömrəli akt tərtib edilmişdir. Həmin saygaca borc yazılmışdır. Həmin borc qanunsuz yazılmışdır. İddiaçı iddia tələbini müdafiə edib, işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(060)-1346/2023 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(105)-1442/2023 saylı qətnamələri təqdim edərək, bildirdi ki, İddiaçı məhkəməyə müraciət edərək, 10 noyabr 2022-ci il tarixli 275859 nömrəli akt əsasında yazılmış 949,39 manat məbləğində cərimənin silinməsinin xahiş etmişdir. Məhkəmə tərəfindən iddia qismən təmin edilmişdir və qanunsuz hesablanmış borc 824 manat məbləğində borcun **********03451 saylı abunə hesabından silinməsi qət edilmişdir. Hazırda tələb etdiyi borc onun tərəfindən istifadə edilmiş, lakin ödənilməmiş puldur. İddiaçıya qarşı heç bir yeni akt tərtib edilməmişdir. Bu fakt məhkəmə qətnaməsindlə öz əksini tapdığı üçün, iş üzrə qanuni qüvvəyə minmiş qətnamələr olduğunu nəzərə alıb, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materillarını araşdırıb, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1346/2023 saylı 26 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı 10 noyabr 2022-ci il tarixli akta əsasən qanunsuz hesablanmış borc 824 manat silinməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(105)-1442/2023 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(060)- 1346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan X5 və Satışı İdarəsinin 23 oktyabr 2023-cü il tarixli BÇ-23/0354 saylı məktubdan müəyyən olur ki, "xxxx" ASC-nin komissiyası Məhkəmənin 2(105)-1442/2023 saylı 26 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən silinmə etmişdir. Məhkəmə hazırlıq iclası müəyyən edildi ki, İddiaçı 10 noyabr 2022-ci il tarixli 275859 nömrəli akt üzrə yaranmış borc məhkəmə araşdırma mübahisə olmuş və həmin akt əsasında yazılmış borc üzrə qanuni qüvvəsini almış qətnamə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təstiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261-262-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(060)-7640/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7640/2023
20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver